Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Read More »Türkiyədə avtomobil qəzasında ana və övladı ölüb, 4 nəfər yaralanıb
Türkiyənin Burdur şəhərinin Ağlasun rayonunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, axşam saatlarında İsparta-Antalya şosesində baş verən qəzada ölənlər ana və övladıdır. Qəza yaralanan sürücülər və 2 sərnişin yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Read More »ABŞ-də konsertdə atışma olub, ölən və yaralananlar var
ABŞ-nin Arkanzas ştatının Nyu-Port şəhərində rep-konsertdə atışma olub. Boyukmillet.com “ABC” telekanalına istinadən xəbər verir ki, hadisədə 19 yaşlı qız həlak olub, 4 nəfər isə yaralanıb. Bildirilib ki, yerli polis saxlanılanlar barədə məlumat verməyib. Faktla bağlı araşdırma aparılır.
Read More »Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub
Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral – Gənclər Günü qeyd edilib. Boyukmillet.com xəbər verir ki, SOCAR, Gənclər və İdman Nazirliyi və Milli Məclis rəsmilərinin, həmçinin Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, kollektivi və tələbələrin iştirak etdikəri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu …
Read More »Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”
Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib. Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır. Nazir müavininin sözlərinə görə, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır. “Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas …
Read More »Çavuşoğlu: “Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”
“Terror təşkilatları xüsusən İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu deyib. “İsveç bu minaları bilərəkdən tapdayır. İstəsə, təmizləyər”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb. “Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin hazırkı vəziyyətdə Türkiyə İsveçin NATO-ya …
Read More »Türkiyədə sərnişin avtobusu aşıb, onlarla insan yaralanıb
Türkiyənin Diyarbəkirdə sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, qəzaya qar yağması səbəbindən yolun buzlu olması səbəb olub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə polis, jandarm, təcili yardım və xilasedicilər cəlb olunub və yaralılar hadisə yerindən təxliyə edilib. Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
Read More »Ekspert: “Azərbaycanın İrandakı səfirliyinə hücum həyəcan siqnalıdır”
“Azərbaycanın Tehrandakı səfirliyinə hücum bütünlükdə beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikri Hadson İnstitutunun baş elmi işçisi Lük Koffi “Arab News” qəzetində dərc olunan məqaləsində bildirib. “Beynəlxalq ictimaiyyətin İrana diqqətinin böyük hissəsi ilk növbədə onların Yaxın Şərqdəki siyasətinə yönəldiyi halda, Tehran əsrlər boyu həm də Cənubi Qafqazda öz rolunu oynayıb. İran və Azərbaycan arasındakı mövcud …
Read More »Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər
Şuşada səfərdə olan beynəlxalq səyahətçilər Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humanitar məqsədlər üçün açıq olmasına şahidlik ediblər. Aksiya iştirakçısı Seymur Məmmədov “Report”un hazırda ərazidə olan əməkdaşına bildirib ki, beynəlxalq səyyahlarla söhbət əsnasında etirazları barədə onları məlumatlandırıblar. Onun sözlərinə görə, səyyahlara aksiyanın dinc şəkildə keçirildiyi barədə məlumat verilib: …
Read More »Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar
12 ölkənin nümayəndəsinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu ekofəalların 55 gündür Azərbaycanın yataqlarının bütün ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı Xankəndi-Laçın yolunda dinc aksiya keçirdikləri əraziyə baş çəkdikdən sonra Şuşadakı Cıdır düzünə yollanıb. Boyukmillet.com xəbər verir ki, qonaqlara bir vaxtlar Cıdır düzündə Qarabağın məşhur atları üzərində atçılıq yarışları keçirildiyi, milli bayramların qeyd olunduğu barədə məlumat verilib. Səyyahlara həmçinin İkinci Qarabağ müharibəsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar