Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb. Bildirilib ki, M. Bənagər rejim qüvvələri tərəfindən şəhid edilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib. Təşkilatın məlumatına görə, Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz …
Read More »Surqutdakı Azərbaycan diasporu Rusiya KİV-lərində jurnalist Məhəmmədəli Qəribliyə qarşı “qara piar” aparır …
Rusiyanın Surqut şəhərində soydaşımız Raya Məmmədova ilə bağlı tutduğumuz obyektiv mövqe daha çox həmin şəhərdəki Azərbaycan “diasporunu” narahat etməyə başlayıb. Qeyd edim ki, oradakı diasporun sədr müavini Amil Abbasov həm də güya hüquqşunasdır. Könüllü şəkildə Raya Məmmədovanın hüquqlarını “qorumağa” qərar vermişdi. Ancaq işi-gücü müdafiə etdiyi şəxs barədə Rusiya mediasına aşağılayıcı, Raya Məmmədovanı gözdən salan müsahibələr verməkdən ibarət idi. Raya Məmmədovanın …
Read More »Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi açıqlanıb
Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. O qeyd edib ki, bu qərarla baş soğanın ixracına qadağa qoyulacaq: “Son həftələrdə dünyada soğanın qiyməti kəskin artıb. Rusiya-Ukrayna …
Read More »Nazir: “Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə ehtiyac yoxdur”
Azərbaycan qazının Türkiyə üzərindən Balkan ölkələrinə nəql edilməsi ilə bağlı hazırlıq işləri aparılır. Boyukmillet.com -un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasınını yekunlarına dair keçirilən brifinqdə bildirib. “Tranzit məsələri öz həllini tapıb. Bunun üçün əlavə yeni sazişlərin bağlanılmasına ehtiyac yoxdur”, …
Read More »SOCAR və TPAO daha bir sahədə əməkdaşlıq edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. ““İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam …
Read More »Rahib Qərib yazır: Ulu öndərin Vətəni qorumaq dərsləri
1981-ci ildə C.Naxçıvanski adına hərbi liseyə sənədlərimi verdim. O vaxtlar bu məktəb çox məşhurlaşmışdı. Məktəbdəki yüksək səviyyəli təlim-tədris şəraiti haqda xəbərlər Azərbaycanın hər yerinə yayılmışdı. Bütün yeniyetmələr oraya qəbul olmağa can atırdılar… Mən də böyük həvəslə o liseyi seçdim, imtahanlardan müvəffəqiyyətlə keçsəm də, dəqiq fənlərdən çox da yüksək qiymət almadım. Buna baxmayaraq, fiziki hazırlıqdan, rus dili və Azərbaycan dilindən yüksək …
Read More »Ukrayna XİN başçısı: “İranla diplomatik əlaqələri hər an kəsə bilərik”
“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”. Boyukmillet.com “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib. Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”. D.Kuleba həmçinin İranın “qırmızı xətlər”i keçdiyini vurğulayıb: “Biz tarixən …
Read More »ABŞ Dövlət Departamentinin nümayəndəsi: “SGC-nin gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”
“ABŞ əvvəldən Cənub Qaz Dəhlizinin (SGC) reallaşdırılması təklifini çox dəstəkləyib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinini müşaviri Laura Loxman deyib. Onun sözlərinə görə, Avropa qitəsi hazırda enerji böhranı yaşayır. “Buna görə də Avropa ölkələri Rusiya tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün çox çalışırlar, çünki bunlar açıq-aydın …
Read More »Azərbaycan Prezidenti: “Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”
“Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Prezident bildirib ki, Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür. Bu, artıq təsdiq olunub. Təkcə Xəzər dənizində külək enerjisi potensialının …
Read More »Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncamda bildirilir ki, 2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur. Azərbaycan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar