Bazar , 5 Aprel 2026

autor

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycanda martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More »

ABŞ və İsrailin zərbələrindən sonra Tehranda SEPAH-ın qərargah binası dağıntılara məruz qalıb

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahının binası İsrail və ABŞ Silahlı Qüvvələri tərəfindən endirilən zərbə nəticəsində əhəmiyyətli dərəcədə dağıntılara məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, tikili, demək olar ki, tamamilə məhv edilib. Telekanal həmçinin qeyd edib ki, ABŞ-nin Bağdaddakı səfirliyinin binası da hücuma məruz qalıb. “Zərbələrin hədəfi …

Read More »

İran Hindistana gedən iki tankerin Hörmüz boğazından keçməsinə icazə verib

Yaxın Şərqdəki eskalasiya fonunda Hindistana yollanan maye qaz daşıyan tanker Hörmüz boğazını keçib. Boyukmkllet.com xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı öz saytında məlumat yayıb. Bildirilib ki, gəmi bu gün gündüz saatlarında heç bir insident olmadan boğazdan keçib. Tezliklə Hindistana daha bir tankerin yola düşəcəyi qeyd olunub. Daha əvvəl İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli bildirmişdi ki, Tehran Hindistana yollanan gəmilərin …

Read More »

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə bildirib. Onun sözlərinə görə, İran Türkiyə hava məkanında vurulan raketlərlə bağlı hadisələrdə iştirak etmir və birgə işçi qrupu tərəfindən araşdırma gözləyir. Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib. Qurumun “X” sosial səhifəsində paylaşdığı məlumatda bildirilib ki, İrandan atılaraq …

Read More »

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb. Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib. Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli …

Read More »

Paşinyan Simonyanı İstanbula niyə göndərir – MÜHÜM GƏLİŞMƏ

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələn ay İstanbula səfər edəcəyi dəqiqləşib. Bu səfərin aprelin 16-dan 19-dək Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün təşkil olunacağı bildirilir. Artan təmaslar göstərir ki, Türkiyə ilə Ermənistan arasında əlaqələr sürətlə yaxşılaşmağa doğru gedir. Bəs erməni spikerin İstanbul səfəri iki ölkə münasibətlərində real dönüş nöqtəsi yarada bilərmi? AMİP Ali Məclisinin sədri, politoloq …

Read More »

“Çindəki müsəlmanlar İran, İraq və Əfqanıstandakılardan daha xoşbəxtdir” – Çin diplomatından Bakı açıqlaması

2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Vu Honqbo XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxış edib. Boyukmillet.com bildirir ki, diplomat çıxışında hazırda dünyada müşahidə olunan turbulentlik və qeyri-müəyyənlik fonunda Çinin qlobal idarəetmə ilə bağlı öz yanaşmalarını və təşəbbüslərini irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə bütün dövlətlər – istər zəngin, istər kasıb, istər …

Read More »

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – Siyahı

“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla qiyməti olan əmlakları müsadirə olunub. “Qafqazinfo”dövlət nəfinə alınan həmin əmlakların siyahısını əldə edib: – Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası; – Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər; – Badamdar qəsəbəsində torpaq sahəsi; – Yasamal rayonu, Mətbuat prospektində mənzil; – …

Read More »

İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir

Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan “savunmasanayiST.com” səhifəsi məlumat yayıb. “Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə …

Read More »

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub. RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi Məhkəməsinin məhkəmə kollegiyası Moskva Şəhər Məhkəməsində keçirilən səyyar iclasda baş vermiş terror aktının birbaşa icraçıları və köməkçiləri barədə hökm çıxarıb. Hadisənin birbaşa icraçılar olduğu deyilən Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizoda ömürlük azadlıqdan məhrum ediliblər. Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini …

Read More »