Bu ilin sonuna Azərbaycanda orta aylıq əməkhaqqının 900 manata çatacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, bu, ötən illə müqayisədə, təqribən, 100 manata yaxın yüksəkdir.
Read More »Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 5 avtomobilin hərəkətinə şərait yaradılıb
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xatırladaq ki, …
Read More »ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib
Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir. Bundan əlavə ABŞ Yaponiyada, ilk növbədə bu cür …
Read More »Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib
Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Read More »Xankəndi-Laçın yolunda aksiya 43 gündür davam edir
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx üç gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl …
Read More »Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların tətbiqini, o cümlədən bu ölkəyə silah və ikili təyinatlı avadanlıqların tədarükünə tam embarqonun qoyulması imkanlarını müzakirə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü “RMF” radiostansiyası məlumat yayıb. İndi Almaniya digər ölkələrin dəstəyi ilə Belarusa qarşı sərt sanksiyaların tətbiqinə qarşı çıxırlar. Bunan səbəb isə Belarus Silahlı Qüvvələrinin fiziki olaraq Ukrayna münaqişəsində iştirak etməməsidir. Lakin …
Read More »İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
“İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmaq imkanını istisna etmir”. Boyukmillet.com “Mehr” agentiyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib. Avropa İttifaqının SEPAH-ın terror təşkilatları siyahısına salması ilə bağlı son qərarını şərh edən nazir deyib ki, hökuməti Avropa ölkələrinin ordularını “terrorçu” kimi tanımağa məcbur edən İran parlamentinin qərarı əks tədbirdir. “Nüvə …
Read More »Almaniya və Fransa sərhədlərini birgə qoruyacaq
Almaniya və Fransa qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iki ölkənin sərhədini birgə patrul etmək barədə razılığa gəliblər. Boyukmillet.com-un məlumatına görə, Parisdə müvafiq sazişi Almaniyanın daxili işlər naziri Nensi Fezer və onun fransalı həmkarı Jerald Darmanin imzalayıb. Qeyd olunub ki, Almaniya-Fransa opertaiv qrupundan 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında əsas tədbirlərin təhlükəsizilyini təmin etmək üçün və birgə sərhəd nəzarəti əməliyyatlarında …
Read More »Nazir: “İZİA-nın 30 sahibkarlıq subyektinə rezident statusu verilib”
“İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) (@economiczones) yaradılmasından 2 il keçir. Bu dövrdə Agentliyin idarəçiliyində olan sənaye zonalarında 30 sahibkarlıq subyektinə rezident statusu verilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb. “Bu rezidentlər tərəfindən təxminən 5,2 mlrd. avrolıq məhsul istehsal edilib və bunun 1,9 mlrd. avro dəyərində olan hissəsi ixrac edilib”, – nazir qeyd edib.
Read More »Şərur və Kəngərlidə qadağan edilmiş tütün məmulatları aşkarlanıb
Naxçıvanın Şərur və Kəngərli rayonlarında satışı qadağan edilən tütün məmulatları aşkarlanıb. Boyukmillet.com Şərur Rayon Polis İdarəsinin əməkdaşları Yengicə kəndində və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları isə Qıvraq qəsəbəsində pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ümumilikdə 700 qutudan çox aksiz markasız, satışı qadağan edilmiş tütün məmulatlarını aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər. Faktlarla bağlı araşdırmalar aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar