Cümə axşamı , 9 Aprel 2026

autor

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib “Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, – A. Bürcəliyev qeyd edib. Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət …

Read More »

Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən …

Read More »

Bakıda duman olacaq, bəzi rayonlara yağış, qar yağacaq

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti …

Read More »

ABŞ Ədliyyə Nazirliyi Baydenin evində daha altı məxfi sənəd tapıb

ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evinə baxış keçirərkən yeni məxfi sənədlər toplusu aşkar ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə ölkə liderinin vəkili Bob Bauer məlumat verib. Onun sözlərinə görə, yoxlama cümə günü gerçəkləşdirilib. Xüsusilə “məxfilik qeydləri ilə” altı sənəd tapılıb. Onlar Baydenin senator və vitse-prezident olduğu dövrlərə aiddirlər.

Read More »

Kürdəmirdə narkotiklərin qanunsuz ticarəti ilə məşğul olmaqda şübhəli bilinənlər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib. Dindirilmə zamanı R.Məmmədov …

Read More »

Londonda Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarına etiraz

London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Boyukmillet.com xəbər verir ki, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Görkəmli dövlət xadimi Uinston …

Read More »

G7-nin xarici işlər nazirləri Münhendə görüşəcək

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində birlik əlaməti olaraq birgə iclas keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Japan Today” nəşri məlumat yayıb. Yüksək səviyyəli diplomatların 2023-cü ildə ilk görüşü fevralın 17-dən 19-dək keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq. İclasa Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi sədrlik edəcək. Planlaşdırılan görüşdə …

Read More »

ASAP tərəfindən xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə anım tədbirlər keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Türkiyə, Almaniya, Polşa və Macarıstanda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə anım günü tədbirləri keçirilib. Tədbirlərdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Türkiyənin Yalova şəhərinin mərkəzi meydanında bu şəhərdə olan ASAP nümayəndələri tərəfindən 20 Yanvar şəhidlərimizin fotolarından ibarət foto-sərgi açılıb. İnformativ sərgidə …

Read More »

Cəbrayılda İrandan Azərbaycana 13 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi …

Read More »