Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliklə qanuna yeni – Dövlət qulluqçularının reyestri maddəsi əlavə olunur. Yeni maddəyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçulan (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət …
Read More »Deputat: “Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər”
“Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var: “Bələdiyyə sədrləri qanunvericiliyi bilmir. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər”.
Read More »Latviya səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Latviyanın Azərbaycandakı səfirliyində 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib. “Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan xalqı ilə birlikdə ehtiramla yad edir”, – paylaşımda deyilir.
Read More »Rusiya Yeni Zelandiyadan olan 31 hökumət rəsmisi və jurnalistin ölkəyə girişinə qadağa qoyub
Rusiya cavab tədbiri olaraq Yeni Zelandiyadan olan 31 hökumət rəsmisi və jurnalistin ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağan qoyub. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Yeni Zelandiyanın anti-Rusiya siyasətinə cavab olaraq “stop-list”in yenilənməsi üzrə işlər davam etdiriləcək”, – məlumatda deyilir.
Read More »Sabahın hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. …
Read More »Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın ekoloji terrorunu pisləməyə çağırıb
“2023-cü il yanvarın 18-də Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır”. Boyukmillet.com xəbər verir ki, …
Read More »İsrail XİN-in nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nounun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. “Qara Yanvarı anmaq üçün Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdik”, – diplomat bildirib.
Read More »İlham Əliyev Davosda AYİB-in birinci vitse-prezidenti ilə görüşüb
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, yanvar ayının 17-də saat 05:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilmiş …
Read More »Xankəndi-Laçın yolunda aksiya 39 gündür davam edir
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz doqquz gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar