Cümə axşamı , 9 Aprel 2026

autor

Rusiyanın Dneprə raket hücumunda 23 nəfər ölüb, 43 şəxs itkin düşüb

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, biri uşaq olmaqla 23 nəfər ölüb, 13-ü uşaq olmaqla isə 72 nəfər xəsarət alıb. Eyni zamanda 6-sı uşaq olmaqla 39 nəfər xilas edilib. İtkin düşmüş şəxslə …

Read More »

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlətimizin başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu qeyd edib. “Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və …

Read More »

Veteran dənizçi Rasim Nəzərov vəfat edib

Ömrünün böyük hissəsini gəmiçilik sahəsinə həsr edən veteran dənizçi Rasim Nəzərov vəfat edib. Rasim Nəzərov ASCO-nun Nəqliyyat Donanmasına məxsus bir çox gəmidə müxtəlif vəzifələrdə çalışıb. O, qısa müddətdə öz bacarığı sayəsində kapitanlığa yüksəlib və uzun illər gəmi sürücüsü kimi dəniz nəqliyyatı sahəsinə töhfə verib. Təcrübəli kapitan Rasim Nəzərov dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2012-ci …

Read More »

Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib

Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. Məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində rayonun Soyuqbulaq kənd …

Read More »

Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son bir həftə ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb. Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Read More »

Vaxtanq Kikabidze vəfat edib

Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” televiziyası məlumat yayıb. Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. 1959-cu ildə Tbilisi filarmoniyasına işə düzəlir, solist kimi …

Read More »

Putin Rusiya iqtisadiyyatındakı vəziyyəti sabit adlandırıb

Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatındakı vəziyyəti sabit kimi qiymətləndirib. Boyukmillet.com xəbər verir ki, “Moskva.Kreml.Putin proqramı” üçün “Rossiya-1” telekanalına müsahibəsində o, əldə olunan nəticələrin təkcə Rusiya rəqiblərinin proqnozlarından deyil, həm də ölkə rəhbərliyinin gözləntilərindən yaxşı olduğunu vurğulayıb. “İqtisadiyyatda vəziyyət sabitdir, üstəlik, bu, nəinki rəqiblərimizin, hətta bizim proqnozlaşdırdığımızdan qat-qat yaxşıdır. Bütövlükdə vəziyyətimiz nəinki sabitdir, hətta məncə, kifayət qədər qənaətbəxşdir”- deyə, o …

Read More »

Ombudsman “Human Rights Watch”un hesabatında əks olunmuş iddialara cavab verib

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” təşkilatının 2022-ci il üzrə hesabatında əks olunmuş iddialara cavab verib. Boyukmillet.com xəbər verir ki, S.Əliyeva bildirib ki, beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan hesabat və bəyanatlar qərəzsiz, ədalətli və ikili standartlardan uzaq olmalıdır: “Həmişə olduğu kimi “Human Rights Watch” sosial şəbəkələrdə əsassız və qərəzli məlumatlar yaymaqla, habelə bu kimi əsassız …

Read More »

İsraildə hərbi bazada partlayış olub, ölən və yaralananlar var

İsrailin mərkəzindəki hərbi bazada döyüş sursatının partlaması nəticəsində bir əsgər ölüb, daha üç hərbçi müxtəlif dərəcəli ağır xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Hərbi polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlayıb, tapılan dəlillər hərbi prokurorluğa təqdim olunacaq.

Read More »

Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 m² olan bir otaqda lambirdən ibarət tavan 10 m² sahədə və 1 ədəd divan yanıb. Yüksək temperaturdan evin dam örtüyünün taxta atmaları …

Read More »