Bazar ertəsi , 6 Aprel 2026

autor

İsrail ordusu Qəzzada xəstəxana binasını mühasirəyə alıb

Qəzzada İsrailin atəşə tutduğu “Hilu” xəstəxanasında ən azı 90 nəfər köməksiz vəziyyətdə qalıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Fələstinin WAFA xəbər agentliyi yayıb. Agentliyin məlumatına görə, bir neçə artilleriya mərmisinə tuş gələn xəstəxanada qalanlar həkim və xəstələrdir. Xəstəxananın uşaq şöbəsində ən azı 12 vaxtından əvvəl doğulmuş körpə, həmçinin xərçəng xəstələri müalicə olunur. Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, “Hilu” binası hazırda …

Read More »

İran sanksiyaların bərpası ilə bağlı ABŞ və Aİ3 ölkələrinə xəbərdarlıq edib

“ABŞ və Aİ3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) BMT-nin ləğv edilmiş sanksiyalarının bərpasının Tehrana təzyiq vasitəsinə çevriləcəyinə inanmaqda səhv edirlər”. Boyukmillet.com-un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik qeyd edib ki, rəsmi Tehran ölkəyə zərər vurmaq cəhdlərinə qətiyyətlə cavab verəcək: “Aİ3 və ABŞ diplomatiya və qarşılıqlı əlaqə üçün əlverişli atmosfer yaratmaq əvəzinə qarşıdurma və böhran …

Read More »

Sabaha olan hava proqnozu açıqlanıb

Sentyabrın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə …

Read More »

Paşinyan Quterreşlə Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasını müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Boyukmillet.com xəbər verir ki, tərəflər cari ilin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının vacibliyini qeyd edib və bunun Cənubi Qafqazda sabitliyə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər. Paşinyan və Quterreş 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə 17-ci Konvensiyasının …

Read More »

III MDB Oyunları: Üzgüçülükdə növbəti yarışlar keçirilib, Azərbaycan təmsilçisi bürünc medal əldə edib

Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib. Boyukmillet.com-un məlumatına görə, Qadınların 100 metr məsafəyə “butterfly” üsulu üzrə üzməsində rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bürünc müdal əldə edib. Kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında da qaliblər bəlli olub. Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç …

Read More »

Dövlət Departamenti: Vaşinqton hələ İranın nüvə proqramı üzrə razılaşmaya ümid edir

Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyi gözləyir. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir. O qeyd edib ki, BMT-nin İrana qarşı sanksiyaları Şərq vaxtı ilə saat 20:00-da (28 sentyabr Bakı vaxtı ilə saat 4:00) bərpa edilib. “Prezident (ABŞ lideri Donald -red) Tramp açıq şəkildə …

Read More »

Ermənistanda icma başçısını və polis zabitini öldürən şəxs saxlanılıb

Sentyabrın 23-də Ermənistanda Parakar icmasının başçısı, müxalif siyasətçi Volodya Qriqoryan və ölkə polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyanı qətlə yetirən şəxs saxlanılıb. Bu barədə Boyukmillet.com əyerli mətbuata istinadən xəbər verir. Məlumata görə, Daxili İşlər Nazirliyinin Kriminal Polisi digər polis bölmələrinin əməkdaşları ilə birgə həyata keçirdikləri geniş əməliyyat-axtarış tədbirləri nəticəsində Armavir vilayətinin Merdzavan qəsəbəsində 3 nəfərə atəş açaraq 2 nəfəri öldürən, …

Read More »

XİN rəsmisi 4 minə yaxın itkin düşən azərbaycanlının taleyi ilə bağlı BMT-də çağırış edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib. Boyukmillet.com Azərbaycan XİN-in rəsmi “X” hesabına istinadən xəbər verir ki, E.Məmmədov sessiya çərçivəsində “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi” mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib. Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə …

Read More »

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı olub

Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı olub. Bu barədə “Report”un Qarabağ Bürosuna Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən məlumat verilib. Təqdimat şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi …

Read More »

Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbərə verir ki, qurumun rəsmi “X” hesabındakı paylaşımda deyilir: “Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcəkdir. “Bir millət, iki dövlət” devizi ilə …

Read More »