Cümə axşamı , 9 Aprel 2026

autor

Xankəndi-Laçın yolunda sülhməramlıların daha 6 avtomobilinin hərəkətinə şərait yaradılıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, Laçından Xankəndi istiqamətinə 1 minik və 5 təminat avtomobili keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bununla da gün ərzində aksiya …

Read More »

Havanın soyuq olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya axşam da davam edir

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir. Boyukmillet.com xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, rus dilində isə “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər. Hazırda ekofəalların, eləcə …

Read More »

Azərbaycanlı iş adamı imkansız ailələrə yardım etdi

İstanbul şəhərində yaşayan və uzun illərdir burada müxtəlif fabrik, zavodlarda işləyən imkansız Azərbaycanlı ailələrə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram sovqatı paylanılıb. Boyukmillet.com xəbər verir ki, bu xeyirxah addımın təşəbbüskarı, iş adamı Anar Əlizadədir. Qeyd edək ki, artıq bir neçə ildir İstanbulda məskunlaşan az təminatlı azərbaycanlı ailələrə bayramlarda A. Əlizadə tərəfindən bu tipli dəstəklər göstərilir. Bu …

Read More »

Xarici QHT-dən Laçın-Xankəndi yolundakı aksiyaya DƏSTƏK 

Xarici QHT-lərin Azərbaycanlı həmkarlarının ekoaksiyasına dəstək bəyanatları gəlməkdədir. Boyukmillet.com QHT.az-a istinadən xəbər verir ki, “Dostluq Körpüləri – Bosniya və Herseqovina” Assosiasiyası Azərbaycan QHT nümayəndələrinin, ekofəalları, gənc könüllülərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasına dəstək ifadə edən bəyanat yayıb. Bəyanatda deyilir: “Əziz dostlar, Biz dost və tərəfdaş təşkilat olaraq, Qarabağda – Azərbaycanın faydalı qazıntı yataqlarının erməni cinayətkarları tərəfindən qanunsuz istismarına görə Laçın-Xankəndi yolunda …

Read More »

Tacikistan Silahlı Qüvvələri antiterror təlimləri keçirib

Tacikistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri antiterror təlimləri keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Xovar” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, təlimlərin məqsədi hərbi vəziyyətin tənzimlənməsi və ictimai asayişin nəzarətə götürülməsi, həmçinin qanunsuz silahlı birləşmələrin təqib və məhv edilməsi olub. Birgə antiterror təlimlərində ağır zirehli texnika, hərbi aviasiya, xüsusi texnika və digər müasir silahlardan istifadə edilib.

Read More »

Türkiyə XİN başçısı ABŞ-a səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu yanvarın 17-də ABŞ-a səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib. O, yanvarın 18-də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Read More »

Çavuşoğlu: “Rusiya Ukrayna ilə danışıqlara yeni şərtlər əsasında qayıtmaq istəyir”

“Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazır olduğunu söyləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya bu danışıqların yeni şərtlər əsasında olmasını istəyir. XİN başçısı bu şərtlərin Ukrayna tərəfindən qəbul edilməsinin qeyri-mümkün olduğunu da diqqətə çatdırıb.

Read More »

Zakir Həsənov Quru Qoşunlarında olub, müvafiq göstərişlər verib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib. Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq …

Read More »

Meksikada həbsxanaya hücum zamanı ölənlərin sayı 19-a çatıb

Meksikanın şimalındakı Çihuahua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanaya yanvarın 2-də silahlı hücum nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Kressensio Sandoval məlumat verib. Xatırladaq ki, hücum iştirakçılarının köməyi ilə 25 məhbus cəzaçəkmə müəssisəsindən qaçıb. Bildirilib ki, nəticədə 10 gözətçi, 7 məhbus və hücumda iştirak edən 2 şəxs həlak olub. Meksikanın …

Read More »

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb

Yanvarın 2-si saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər – Nigeriya vətəndaşı saxlanılıb. Boyukmillet.com xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən …

Read More »