Bazar ertəsi , 6 Aprel 2026

autor

Ankarada 27 Sentyabr – Anım Günü qeyd olunub

Bu gün Azərbaycanın Türkiyədəki səfirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Ankara şəhərində mərasim təşkil edib. “Report”un Türkiyə bürosu xəbər verir ki, “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilən tədbir səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutub. Mərasimdə Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərdən, Azərbaycanın dövlət müstəqilliyi və bütövlüyü yolunda aparılan milli-azadlıq mübarizəsindən bəhs edən film nümayiş olunub. …

Read More »

Paşinyan: Ermənistan AES-in fəaliyyətini 2036-cı ilə qədər uzadacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2036-cı ilə qədər uzadıldığını və bunun yeni enerji blokuna rahat keçidi təmin edəcəyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, Moskvada keçirilən Qlobal Atom Forumunda bildirib. Onun sözlərinə görə, stansiyanın modernləşdirilməsi və istismar müddətinin uzadılması layihəsi “Rosatom” və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilir. “AES-in istismar müddətinin …

Read More »

ABŞ Türkiyəyə qarşı sanksiyaları yaxın vaxtda aradan qaldıra bilər

ABŞ Türkiyəyə qarşı sanksiyaları yaxın vaxtda aradan qaldıra bilər. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib. “Ərdoğana böyük hörmətim var. O, çox hörmətli bir şəxsiyyətdir. Onu Ağ Evdə qonaq etmək şərəfdir”, – Tramp əlavə edib. Qeyd edək ki, Tramp Rusiyadan S-400 hava hücumundan müdafiə …

Read More »

Binyamin Netanyahunun Sloveniyaya girişinə qadağa qoyulub

Sloveniya İsrailin Baş naziri Binyamin Netanyahunun ölkəyə girişinə qadağa qoyub. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin bəyanatında deyilir. Ölkə İsrail hökumətinin başçısına qarşı belə bir qərar qəbul edən ilk Avropa İttifaqı üzvü olub. Sloveniya iyul ayında İsrailin iki nazirini – İtamar Ben Qvir və Betsalel Smotriçi də “persona non qrata” elan edib. Sloveniya keçən il Fələstinin …

Read More »

Zelenski Rusiya ilə müharibə bitdikdən sonra istefa verməyə hazır olduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirib. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə “Axios” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, müharibə bitsə, növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyil. Zelenski atəşkəs əldə olunacağı təqdirdə Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib. “Ruslarla müharibəyə son versək, bəli, seçkilərə qatılmamağa …

Read More »

Gürcüstan azərbaycanlıları petisiya kampaniyasına başlayıb

Sentyabrın 19-u Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda axşam saatlarında insident baş verib. Hadisə zamanı Marneuli bələdiyyə məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani “Melody” şirniyyat evinə gələrək orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.  Yeniyetmə gürcü dilində cavab verə bilmədikdə həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlarla Qiqani arasında qarşıdurma yaşanıb.  Hadisə yerinə hüquq-mühafizə …

Read More »

Prague Civil Society Centre Formula-1 yarışları fonunda Azərbaycanda jurnalist həbslərini pisləyib

Prague Civil Society Centre (Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi) Azərbaycanda AbzasMedia jurnalistlərinin həbsləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, dünyadan minlərlə tamaşaçının izlədiyi Formula-1 yarışları Bakıda keçirildiyi vaxt, AbzasMedia-nın əməkdaşları həbsdə saxlanılmaqda davam edir: 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor …

Read More »

Ombudsman Aparatı aeroportdakı taksi tariflərini monitorinq edib: “Süni qiymət artımı yaradırlar” 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Heydər Əliyev Beynəlxalq Aeroportunda qüvvəyə minən yeni taksi xidməti tarifləri ilə bağlı monitorinq aparıb. Monitorinqin nəticələrinə əsasən, aeroportda bu il sentyabrın 10-dan tətbiq edilən yeni tarif siyasəti ölkə Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. “Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə …

Read More »

İstanbulda əməliyyat: 366 kq narkotik ələ keçirilib, həbs olunanlar var

Türkiyənin İstanbul vilayətində narkotacirlərə qarşı əməliyyat keçirilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında yazıb. Onun sözlərinə görə, əməliyyat nəticəsində 366,5 kiloqram narkotik maddə ələ keçirilib. Onun 322 kiloqramı metamfetamin, 44,5 kiloqramı skunkdur. Bundan başqa, 1 milyon 572 min ədəd narkotik tərkibli həb və 492 kiloqram kimyəvi qatqı maddəsi ələ keçirilib. Əməliyyat …

Read More »

Bakı metrosunun daha bir yerüstü stansiyası istifadəyə veriləcək

“Bakı Metropolteni” QSC-nin daha bir yerüstü stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Boyukmillet.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, yeni stansiya metronun “Dərnəgül” elektrik deposunun ərazisində inşa ediləcək və “Yaşıl xətt”ə aid olacaq: “Stansiya xüsusi qrafiklə işləyəcək. Onun şərti adı “Dərnəgül deposu”dur və 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”.

Read More »