Cümə axşamı , 9 Aprel 2026

autor

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Dekabrın 10-da Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, …

Read More »

“Avropa Parlamentində rüşvət qalmaqalı birbaşa qurumun və qitə ölkələrinin imicinə böyük zərbədir” – RƏY

“Avropa Parlamentində rüşvət qalmaqalı birbaşa qurumun və qitə ölkələrinin imicinə böyük zərbədir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalından bəhs edən deputat bildirib ki, bu, məsələ ilə bağlı yeganə fakt deyil: “Bir sıra Avropa ölkələrində kifayət qədər siyasi korrupsiya faktları mövcuddur. Əminəm ki, gələcəkdəki araşdırmalar məsələ ilə əlaqədar yeni faktlar üzə çıxaracaq. Bu …

Read More »

ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib

ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib. Boyukmillet.com xəbər verir ki, 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) layihəsinə 350 nəfər səs verib. Ermənpərəst konqresmenlər – demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin əleyhinə səs veriblər. …

Read More »

Deputat: “Qərbi azərbaycanlılar ya öz yurduna qayıdacaq, ya da dünyanı o yurdlarda yaşayan ermənilərin başına dar edəcək”

“Təsəvvür edin, biz öz kəndimizə, öz yurdumuza nəinki yaşamağa, heç dədə-babamızın, ana-bacımızın məzarını da ziyarət etməyə gedə bilmirik. Hələ bəzi dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanda yaşayacaq ermənilərin hüquqlarından danışırlar. Heç kəs Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarından danışmaq istəmir. Bu məsələ birtərəfli şəkildə həll oluna bilməz. Azərbaycanda ermənilər yaşayacaqsa, Ermənistanda da azərbaycanlıların yaşaması şərtdir. Bunu ermənilər də, onların havadarları da qulaqlarında sırğa …

Read More »

Zakir Həsənov: “Qardaş yumruğu”nun regionda sülhün və təhlükəsizliyin təminində böyük rolu var”

Dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. Əvvəlcə …

Read More »

Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə monitorinqə başlayır

Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqə başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub. Bildirilib ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq dekabrın 10-dan İqtisadiyyat Nazirliyi, Ekologiya və …

Read More »

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Kollegiya iclasında Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib. Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və …

Read More »

Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra …

Read More »

Mərkəzi Bank və AQC rəhbərliyi arasında görüş olub – FOTOLAR

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov, sədrin müavini Əliyar Məmmədyarov, sədr ofisinin rəhbəri Ülvin Əliyev, departament direktoru Ziya Hacılı, AQC sədrinin müavinləri Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov və sədrin müşaviri Azər …

Read More »