Azərbaycan və Dağıstan arasında Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub. Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşdə aparılıb. Görüş zamanı həmçinin logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub. Eyni …
Read More »Dövlət Xidməti “Aztelekom” və “Baktelecom”a qarşı iş qaldırıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər barədə bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırıb. Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalarını davam etdirir. Adları çəkilən rabitə …
Read More »DSX-nin özünü güllələyən hərbi qulluqçusu vəfat edib
30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Xatırladaq …
Read More »ABŞ Türkiyəyə “F-16” satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsindən çıxarıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar. Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı …
Read More »Türkiyənin töhfələri ilə Azərbaycanda “Milli Tibbi Xilasetmə Qrupu” yaradılacaq – FOTO
Azərbaycanda Milli Tibbi Xilasetmə Qrupuna (UMKE) oxşar strukturun yaradılması məqsədilə azərbaycanlı səhiyyə işçilərinətürkiyəli mütəxəssislər tərəfindən təlim verilməyə başlanılıb. Boyukmillet.com xəbər verir ki, 2021-ci il fevralın 9-da imzalanmış “Türkiyə-Azərbaycan İqtisadi Komissiyasının 9-cu İclası Protokoluna uyğun olaraq işləri davam edən Fəaliyyət Planının “Türkiyə Milli Tibbi Xilasetmə Qrupu ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa başlanılması” maddəsinə uyğun olaraq 72 azərbaycanlı səhiyyə işçisinə təlim keçilir. Təlimlər …
Read More »Azərbaycandan xaricə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar 5 ilədək həbs ediləcək
Azərbaycandan xarici ölkəyə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar 5 ilədək həbs ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Dəyişikliklə məcəlləyə yeni 206-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə edilib. Yeni maddəyə əsasən, Məcəllənin 206-cı maddəsində …
Read More »Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq – SƏRƏNCAM
Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncama əsasən, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. …
Read More »Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib. Qeyd edək ki, …
Read More »Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki vəfat edib
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib. E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.
Read More »“Qardaş yumruğu” birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub
Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub. Boyukmillet.com xəbər verir ki, mükafatları hərbçilərə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar təqdim ediblər. Nazirlər daha sonra video telekonfrans üsulu ilə təlimdə iştirak edən qoşunlara müraciət ediblər. Çətin hava və relyef şəraitində uğurla …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar