24 noyabr 2022-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük akt zalında 150 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Virtual metodlarla “Ağ ölüm” Narkotikə YOX deyək!” layihəsi çərçivəsində “Ağ ölüm” Narkotikə YOX deyək!” adlı qısametrajlı filmin təqdimatı keçirilmişdir. Boyukmillet.com xəbər verir ki, tədbiri Layihənin kordinatoru Kənan Qubadzadə …
Read More »Qərbi Azərbaycan İcmasında 5 dekabr Anım günü ilə bağlı görüləcək işlərə dair iclas keçirilib
Qərbi Azərbaycan İcmasının noyabrın 26-da keçirilən növbəti iclasında Qərbi Azərbaycanın rayon və kənd icmalarının fəaliyyəti geniş müzakirə olunub. Məsələ ilə bağlı şöbə müdiri Qalib Qasımovun detallı məlumatı dinlənilib. İclasda QAİ Mətbuat katibi Ülviyyə Zülfiqar Mətbuat xidmətinin son həftə ərzindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.Toplantıda Qərbi Azərbaycanlıların 5 dekabr Anım günü ilə bağlı geniş müzakirələr aparılıb.Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti
Read More »Azərbaycanlılar Fransa Milli Assambleyasının qarşısında etiraz aksiyası keçirirlər
Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş fransız deputatların ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli və ədalətsiz qətnamə layihəsinə etiraz olaraq, Fransa Milli Assambleyasının qarşısında mitinq keçirirlər. Boyukmillet.com xəbər verir ki, etiraz nümayişinin iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb …
Read More »Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək
Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb. Dəyişikliklə Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Read More »Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub. Belə ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb. Əsasnamənin 5.8-ci bəndindən …
Read More »Stalinin Lənkəranda cəza çəkdiyi “Zindan qalası” təmir olunacaq
Lənkəran şəhərində yerləşən “Dairəvi qala” ( “Zindan qalası”) abidəsi dövlət vəsaiti hesabına təmir olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli rəsmi KİV-ə bildirib. Xidmət rəisi vurğulayıb ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı və dövlət mühafizəsinə götürülən Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli “Dairəvi …
Read More »Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib
Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı Strateji planlaşdırma və monitorinq baş idarəsi Qanunvericilik baş idarəsi Ədliyyə sahəsində …
Read More »Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub. İcraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Mərkəzi Bankıdır. Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.
Read More »Tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək
Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb. Təqaüdün təsis edilməsi 2023-cü ilin may–iyun ayı üçün nəzərdə tutulub. Bu bənd üzrə icraçı qurumlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə …
Read More »“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar