Azərbaycanla İran arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqlə görüşüb. Görüşdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə …
Read More »Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb. “Report”un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, Qarabağ Universitetində təşkil olunan mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər. Mərasimdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və …
Read More »Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Belçika Krallığı Fələstinin müstəqilliyini tanıyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Krallığın Baş naziri Bart de Vever BMT Baş Assambleyasının sessiyası çərçivəsində bildirib. “Belçika həmişə iki dövlətli həll yolunu müdafiə edib və bu gün Nyu-York Bəyannaməsini imzalayanlara qoşulub. Yalnız belə bir həll İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamağa imkan verəcək. Baş nazir Benyamin Netanyahu da daxil olmaqla …
Read More »Ərdoğan Trampla “F-35” və “F-16″ların tədarükünü müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla “F-35” və “F-16” qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırdığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib. “Əvvəlki səlahiyyət müddətində cənab Trampa bu sual verildikdə o, Türkiyənin F-35-lər üçün pul ödədiyini, lakin heç vaxt almadığını cavablandırmışdı. İndi biz bu məsələni yenidən müzakirə edəcəyik. Biz ABŞ-dən həm “F-35″lər, həm …
Read More »Trampın olduğu helikopterin ekipajına lazer ilə maneçilik törədən şəxs həbs edilib
ABŞ-də prezident Donald Trampın helikopterinin ekipajını lazer ilə kor etməyə cəhd edən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Hadisə sentyabrın 20-də axşam saatlarında Trampın olduğu helikopter Ağ Evdən yola düşərkən baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşı şübhəli köynəksiz bir adamın küçədə öz-özünə yüksək səslə danışdığını görüb. Agent kişiyə yaxınlaşanda o, qırmızı lazeri prezident helikopteri …
Read More »Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Surinamın xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Surinam …
Read More »AZPROMO və Dünya İqtisadi Forumu tərəfdaşlıq sazişi imzalayıb
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Sazişi imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub. Sənədi AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayevlə WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stefenson imzalayıb. Saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin …
Read More »Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb. Bu barədə Boyukmillet.com Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. “Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib”, – məlumatda bildirilib. Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.
Read More »Oktyabrın 1-dən vergi uçotuna alınmayanlara bazarlarda fəaliyyət göstərməyə icazə verilməyəcək
Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Bu öhdəliyin təmin edilməsini bazar …
Read More »Azərbaycan gimnastları Misirdə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar
Azərbaycan təmsilçisi Rəsul Əhmədzadə Misirin Qahirə şəhərində idman gimnastikası üzrə keçirilən beynəlxalq “Pharaohs Cup” yarışında güşüm medal qazanıb. Boyukmillet.com xəbər verir ki, o, sərbəst hərəkətlərdə 13.033, dayaqla at proqramında isə 13.366 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Aydın Əlizadə isə sərbəst hərəkətlər proqramında 12.533 xalla gümüş medalın sahibi olub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar