Cümə axşamı , 9 Aprel 2026

autor

Nikol Paşinyan İkinci Qarabağ müharibəsi ilə bağlı istintaqda dindirilib

Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib. Boyukmillet.com “Azadlıq radiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, bu barədə komitədən bildirilib. Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb. Proses İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Xüsusilə …

Read More »

Türkiyənin vitse-prezidenti Fransa Senatının Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirib

“Qarabağda baş verən hadisələrdə Türkiyənin rolunu hər kəs bilir”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. O bildirib ki, Bakı və Ankara “bir millət, iki dövlət” prinsipini bütün sahələrdə doğrultmağa çalışır. “Fransa Azərbaycan əsgərlərinin Ermənistanın olduğu iddia etdiyi torpaqlardan çıxmasını tələb edir. Hazırda Şuşada, Füzulidə ciddi işlər gedir. Həmin ərazilər Azərbaycanın 30 il əvvəl işğal olunmuş torpaqlarıdır. …

Read More »

Azərbaycan BMT-nin Nayrobi bölməsində Daimi Nümayəndəlik açır

Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik təsis edir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. Toplantıda “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Read More »

Qarabağda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 illik iş icazəsi veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə …

Read More »

Azərbaycan İsraildə səfirlik açır

Azərbaycan İsraildə səfirlik açır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. Toplantıda “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Read More »

Gələn il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə …

Read More »

Bakıda mənzilə qumbara və qərənfil qoyan 19 yaşlı gənc saxlanılıb

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev tutulub. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb. Araşdırmalar davam …

Read More »

Azərbaycan və Gürcüstan prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb. Boyukmilet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli xanım Prezident, Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram. Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri vardır. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və …

Read More »