Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, Sizi Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Məmnunluqla qeyd etmək istərdim ki, Gürcüstanı və Azərbaycan Respublikasını nümunəvi dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu dövr ərzində ölkələrimiz bir çox mühüm sahələrdə …
Read More »Milli Məclisin iclası başlayıb, büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir. İclasda hökumət üzvləri də iştirak edirlər.
Read More »Türkiyənin hakim partiyası Fransanı tənqid edib: “30 il işğala göz yumdunuz”
“Fransa Azərbaycana hansısa sanksiyalar tətbiq etməkdən danışır. Rəsmi Paris hər şeydən əvvəl 30 il ATƏT-in Minsk qrupunun tərkibində Azərbaycanla Ermənistan arasında problemi həll etmək üçün hansı işləri gördüyündən danışmalıdır”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş deyib. O, Fransaya müraciət edib: “Sən əvvəl 30 il Minsk qrupunun tərkibində Azərbaycanla …
Read More »Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Latviyanın Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, …
Read More »Fransalı keçmiş deputat: “Senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə biabırçılıqdır”
“Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə biabırçılıqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lamber Fransa Senatına ünvanladığı məktubunda qeyd edib. Onun sözlərinə görə, noyabrın 15-də Senat Konstitusiyanın 34-1-ci maddəsinə əsasən, Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə təklifini qəbul edib: “Fransa senatorları bilməlidirlər ki, beynəlxalq hüquqa əsasən, 1992-ci ildən …
Read More »Azərbaycan Ordusunun mayoru vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, o, noyabrın 17-də səhər saatlarında yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!
Read More »MN: “Qanunsuz erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda fəaliyyətlərinin qarşısı alınıb”
Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin …
Read More »Prezident tapşırıq versə də “Azəriqaz” hələ də işini görmür – DEPUTAT
Saatlıda hələ də 11 kənd qazlaşdırılmayıb. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsində deputat Əziz Ələkbərli deyib.“Saatlının 44 kəndi var. 11 kəndi qazlaşdırılmayıb. Rayonda qazlaşdırılma 4 ildə bir dəfə icra olunur. Belə çıxır ki, bundan sonra 40 il vaxt lazımdır ki, Saatlıda qaz problemi həll olunsun. Bilmirəm “Azəriqaz” İB nə fikirləşir. Ancaq 2011-ci il prezident Saatlıda rayon …
Read More »Azərbaycanda 70 yaşlı şəxs baş həkim təyin olundu – Haqqında cinayət işi açılmışdı
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. Boyukmillet.com xəbər verir ki, 70 yaşlı Nağıyev Bəkir Hüseyn oğlu adıçəkilən posta gətirilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, 70 yaşlı Bəkir Nağıyev uzun müddət Tərtər rayonunda Əlilliyin Təyinatı üzrə Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. Həkimlər Şurasının sədri olub. Bildirilir ki, Bəkir Nəbiyevin buradakı …
Read More »Mediasiya Şurası və AQC əməkdaşlıq barədə razılığa gəldilər
Mediasiya Şurasının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib Mediasiya Şurasında qonaq olan AQC sədri Vüqar Orucu, sədr müavinləri Ramil Osmanlı və Fərid Rüstəmovu, Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynovu salamlayan şuranın sədri Nadir Adilov bildirib ki, ölkə mediatorları və qiymətləndiriciləri arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi ehtiyac var. O qeyd edib ki, 2019-cu il tarixdə “Mediasiya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar