Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Prezident tapşırıq versə də “Azəriqaz” hələ də işini görmür – DEPUTAT

Saatlıda hələ də 11 kənd qazlaşdırılmayıb. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsində deputat Əziz Ələkbərli deyib.

“Saatlının 44 kəndi var. 11 kəndi qazlaşdırılmayıb. Rayonda qazlaşdırılma 4 ildə bir dəfə icra olunur. Belə çıxır ki, bundan sonra 40 il vaxt lazımdır ki, Saatlıda qaz problemi həll olunsun. Bilmirəm “Azəriqaz” İB nə fikirləşir. Ancaq 2011-ci il prezident Saatlıda rayon əhalisi ilə görüşüb. Orada aiddiyatı qurumlara tapşırıq verib ki, 2012-ci ilin sonuna kimi qazlaşdırma problemi 100 faiz olmalıdır. Çünki oraa dağlıq kənd yoxdur. Elə kəndlər var ki, qaz xətti kəndin girişinə kimi çəkilib,lakin evlərə verilmir. Televiziya və aiddiyatı qurumlara şikayət etməyən qalmayıb. Azəriqaz isə susur”, deputat bildirib.

Əziz Ələkbərli qazın olmaması belə vəziyyətdə təklif edib ki, bu cür olan halda vətəndaşlara alternativ yanacaqlardan güzəştli şəkildə istifadəsinə icazə verilsin. 

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …