Noyabrın 11-dən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Read More »Bakı-Gəncə sərnişin qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq
2022-ci ilin noyabrın 11 saat 19:00-dan noyabrın 14 saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 03 iyun tarixli 718 nömrəli Fərmanının icrası ilə əlaqədar …
Read More »MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”
“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, – məlumatda qeyd edilib.
Read More »Prezident İlham Əliyev Özbəkistana səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!”
Read More »Fransa Azərbaycana yeni səfir təyin edib
Fransa Azərbaycana yeni səfir təyin edib. Boyukmillet.com Fransanın hökumət portalına istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Ann Buayon (Anne Boillon) bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək. O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək. A.Buayon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib. Qeyd edək ki, Z.Qross 2019-cu ildən Fransanın …
Read More »Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir. TDT-də müşahidəçi statusu ilə təmsil olunan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iclasa qatılıb. Toplantıda TDT-yə üzv ölkələrin liderlərinin sabah, noyabrın 11-də Səmərqənddə keçiriləcək zirvə …
Read More »Peruda bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonunun bələdiyyə binası Azərbaycan bayrağının rənglərinə bürünüb. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Read More »Bruklin prezidenti Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bəyannamə imzalayıb
Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür, Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ, Böyük Britaniya və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova, …
Read More »Ermənistanın kapitulyasiya aktını imzalamasından iki il ötür
Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından iki il ötür. Boyukmillet.com xatırladır ki, işğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Belə ki, 2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar