İkinci Qarabağ müharibəsində qazanılmış qələbə münasibətilə lerikli gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Zəfər Kuboku” turniri keçirilib. Boyukmillet.com xəbər verir ki, 200-ə yaxın gəncin iştirak etdiyi turnir lerikin 30-ə yaxın kənd məktəblilərini və rayon məktəblilərini əhatə edib. Belə ki, turnirdə şəhid, qazi və veteranların ailə üzvləri də iştirak ediblər. İlkin olaraq zona mərhələləri üzrə keçirilən turnirə hər zonadan bir …
Read More »Türkiyə PA-nın idarə rəisi: “Qarabağ bir daha əsarət altına düşməyəcək”
“Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər – red) kölgə salmağa çalışırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb: “Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda – hər yerdə …
Read More »“Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğ”a dönərək daha qürurlu və güclü olduğu üçün xoşbəxtdir” – RƏY
“Azərbaycan xoşbəxtdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi çağırışdan qalib çıxıb, millət və dövlət kimi yenidən doğulub, “dəmir yumruğ”a dönərək daha qürurlu və güclü olub”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib. Onun sözlərinə görə, hər bir xalqın, millətin, dövlətin tarixində çağırışlar olur: …
Read More »Fahrettin Altun: “Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb”
“İkinci Qarabağ müharibəsi dövründə informasiya savaşında azərbaycanlı qardaşlarımızla birgə hərəkət etdik. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə daim əlaqədə idik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. O bildirib ki, Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb: “Azərbaycanın haqlı mübarizəsindəki …
Read More »Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezident xanım Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü ilə bağlı instaqramda paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “08.11.2022. Zəfər Gününüz mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!”
Read More »Türkiyə MN: “Azərbaycanla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik”
Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəsmi tviter səhifəsində paylaşım olunub. “Qəhrəman Azərbaycanın 8 Noyabr – Zəfər Günü mübarək olsun. İki il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın …
Read More »Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə rəsmi tviter səhifəsində paylaşım edib. “Qəhrəmanca mübarizədən sonra işğal altındakı torpaqlarını azad edən və bununla da regionda sülh və əmin-amanlığa şərait yaradan Azərbaycanın Zəfər Günü mübarək. Zəfərlərin əbədi olsun, can Azərbaycan!”, – nazir bildirib. İşgal altındaki topraklarını kahramanca …
Read More »DTX Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Dövlət Təhlükəsizlik Xidməti (DTX) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, videoçarx dövlət qurumunun sosial şəbəkə səhifələrində yayımlanıb. Videoçarx təbrik mətni ilə təqdim edilib: “8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, dövlətimizə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni-yeni qələbələr arzu edirik! Zəfərin mübarək, Azərbaycan!”
Read More »Türkiyə XİN Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib. “İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü təbrik edirik. Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub. Türkiyə işğaldan …
Read More »İsrail səfirliyi Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib
İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter hesabında paylaşım edilib. “Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq!”, – paylaşımda bildirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar