Bazar ertəsi , 6 Aprel 2026

autor

KİV: Yaponiya Fələstinin tanınmasını təxirə salacaq

Yaponiya hökuməti Fələstin dövlətinin tanınmasını gecikdirəcək, çünki bu addım Fələstindəki vəziyyətə və Yaponiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Asahi” qəzeti mənbələrə istinadən yazıb. Bundan əvvəl ABŞ hakimiyyəti dəfələrlə Asiya və Avropa ölkələrini Fələstin dövlətçiliyini tanımamağa çağırıb. Qəzetin mənbələrinə görə, Yaponiyanın Baş naziri Siqeru İsiba sentyabrın 22-də BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək Fələstin problemi …

Read More »

Çempionlar Liqası: “Qarabağ” Portuqaliyada tarixi qələbə qazanıb – YENİLƏNİB-8

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Boyukmillet.com-un məlumatına görə, “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb. Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb. Bundan sonra özündə güc tapan Azərbaycan çempionu …

Read More »

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə imzalanıb

“Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanmış sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Səid Əl Haceri Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadilə ediblər.

Read More »

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli dörd fiziki və ondan çox hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. “Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın iki maliyyə vasitəçisini və ölkə neftinin satışından əldə edilən gəlirlər də daxil olmaqla, pul köçürmələrinin əlaqələndirilməsində iştirakına görə Honkonq və BƏƏ-də yerləşən ondan çox fiziki və hüquqi …

Read More »

İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb

İsrailin Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS-ın möhkəmləndirilmiş mövqelərinə genişmiqyaslı zərbə endirdiyini açıqlayıb. Bu barədə Boyukmillet.com ordunun mətbuat xidmətinə istinadən xəbər verir. Son gün ərzində 98-ci diviziyanın qoşunları “II Gideonun döyüş arabaları” əməliyyatı çərçivəsində şəhərin mərkəzində quru əməliyyatlarına başlayıb. Qurumun teleqram kanalında qeyd olunub ki, hərbçilər aviasiya və donanmanın dəstəyi ilə əməliyyat aparır. Bildirilir ki, əməliyyat zamanı onlarla terrorçu infrastruktur obyekti, o …

Read More »

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 14 sənəd imzalanıb.  Boyukmillet.com xəbər verir ki, həmin sənədlər Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü zamanı imzalanıb.  Belə ki,  “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi …

Read More »

Terrorçuluğa görə Azərbaycanda həbsdə olan livanlı erməni muzdlunun aclıq etməsi xəbəri təsdiqini tapmayıb

Erməni mətbuatında Azərbaycanda terrorçuluğa görə 20 il azadlıqdan məhrum edilmiş Eulcekciyan Viken Abrahamın guya aclıq etməsi barədə yenidən məlumat yayılır. Boyukmillet.com xatırladır ki, bir müddət əvvəl analoji məlumatlar dərc olunarkən bu məlumatların həqiqətə uyğun olmaması və məhkumun hazırda cəzasını çəkməsi ilə bağlı informasiyalar yayıldı. “Report”un məsələ ilə bağlı yenidən dəqiqləşdirdiyi məlumata əsasən, Qarabağda döyüşən livanlı muzdlu Eulcekciyan Viken Abrahamın aclıq etmir və hazırda …

Read More »

Ankara Liviyada mərkəzi hakimiyyətlə Xəlifə Haftar arasında dialoqun tərəfdarıdır

Ankara Liviyanın mərkəzi hakimiyyəti ilə şərq bölgələrini nəzarətdə saxlayan general Xəlifə Haftarın qüvvələri arasında konstruktiv dialoqun tərəfdarıdır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən bildirib. Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı və Xarici İşlər Nazirliyi vaxtaşırı Xəlifə Haftarın oğlu Səddam ilə əlaqə saxlayır: “Başqa sözlə, onlar bizdən təcrid olunmayıblar. Hesab edirik ki, Liviyada Şərq və Qərb …

Read More »

Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 6 kiloqram tiryək aşkarlanıb

Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb. Həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb. Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik …

Read More »