“Türkiyə-Yunanıstan münasibətləri məlumdur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, möcvud problemlər diplomatiya, dialoq əsasında həlini tapmalıdır: “Qonşuluq prinisipi şərtdir. Biz həm də NATO daxilində müttəfiqik. Ona görə bizim üçün dialoq qaçılmazdır. Ümid edirəm, qarşıdakı günlərdə dialoq başlayar”. H.Akar söyləyib ki, Türkiyə heç kimə təhlükə yaratmır.
Read More »MDB-yə sədrlik Qırğız Respublikasına keçib
Müstəqil Dövlətlər Birliyinə (MDB) 2023-cü ildə Qırğız Respublikası sədrlik edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın Dövlət Başçıları Şurasının oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında qərar qəbul olunub. MDB Dövlət Başçıları Şurasının növbəti zirvə toplantısı 2023-cü il oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. Xatırladaq ki, MDB-yə hazırda Qazaxıstan sədrlik edir.
Read More »Azərbaycandakı hərbi attaşelər Gəncədə erməni terrorunun qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, attaşelər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan ballistik raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər. Şəhid olan mülki əhalinin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə gül düzüblər. Attaşelər Gəncədə törədilən terror hadisələri ilə bağlı məlumatlandırılıblar.
Read More »Hulusi Akar: “Ukrayna ərazilərinin qanunsuz ilhaqını qəbul etmirik”
“Ukraynadakı durumla bağlı təşəbbüslərimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib: “Ukraynanın dörd vilayətinin qanunsuz ilhaqına qarşıyıq. Krımın ilhaqını da indiyədək qəbul etməmişik”.
Read More »Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisin payız sessiyası üçün növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib. Müzakirə olunacaq məsələlər aşağıdakılardır: “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)Cinayət …
Read More »Ceyhun Bayramov: “Sonuncu üçtərəfli görüşdən sonra əhəmiyyətli sayda təmaslar baş tutub”
“Bu ilin may ayında üçtərəfli formatda keçirilən son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əhəmiyyətli sayda təmaslar baş tutub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə deyib. Rusiya XİN başçısı Sergey Lavrov isə söyləyib ki, Rusiya tərəfinin məsləhətçi köməyi ilə Azərbaycan və …
Read More »Cəsarət Hüseynzadə: QHT-nin keçirdiyi tədbirdə yeni və orginal bir fikir səslənmirsə, media o tədbirdən nə yazsın?
Dövlət və qeyri-dövlət qurumları, o cümlədən şirkətlər hər zaman media ilə əməkdaşlığa can atır, münasibətləri pozmamağa çalışır, xüsusilə də barələrində müsbət xəbərlər yazılmasına çalışırlar. Təbii ki, bu, heç də asan başa gəlmir və istəklər heç də hər zaman həya keçmir. Bir çox hallarda media dövlət və qeyri-dövlət təşkilatlarına tənqidi münasibət bəsləyirlər. QHT-lər də zaman-zaman medianın hədəfinə çevrilirlər. Başqa sözlə desək, …
Read More »Qrant müsabiqəsində qalibləri seçərkən kimlərə üstünlük verilir? – MÜSAHİBƏ
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələr Departamentinin müdiri Elnur Bağırlının SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Agentliyin fəaliyyəti haqqında məlumat verə bilərsinizmi? Agentlik QHT-lərə hansı dəstəyi göstərir? – Çox sağ olun. Agentlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı 2021-ci il 19 aprel tarixində yaradılmışdır. Agentliyin yaradılmasında məqsəd qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq …
Read More »Astanada MDB Dövlət Başçıları Şurasının toplantısı keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. İclasda həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin …
Read More »Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşü başlayıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib: “Bu gün bu mövzu ətrafında danışmaq və liderlərimizə imzaladıqları bəyanatların icrası ilə bağlı nə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar