Şənbə , 11 Aprel 2026

autor

Suriyada düşərgədə saxlanılan 15 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 Azərbaycan vətəndaşının oktyabrın 6-da ölkəyə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb. Əvvəlcə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyənin ərazisindən tranzit keçidi …

Read More »

Azərbaycan səfirliyinə hücum Britaniya İcmalar Palatasında yenidən qaldırılacaq

“Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüflənirik. Bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib. O, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını söyləyib. Qeyd edək ki, S.Qafarova görüş zamanı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı narahatlığını …

Read More »

Azərbaycan lideri: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”. Boyukmillet.com xəbər verir ki, bu sözləri oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azadlıq Radiosu” jurnalistinin sualına cavabında bildirib. “Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, – …

Read More »

Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar. Boyukmillet.com-un xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub. Habelə, Ərdoğan və Paşinyan ayrıca söhbət ediblər. Qeyd edək ki, bu gün …

Read More »

Rusiya XİN: “Moskva sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib”

“Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib”. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir: “Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor …

Read More »

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, bu ada Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin Portuqaliyada “Benfika” ilə matçdakı dəqiq zərbəsi layiq görülüb. 35 yaşlı hücumçu 22-ci dəqiqədə komandasını hesabda önə keçirib. Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. https://youtu.be/mCaUVTLXA4Q (Report)

Read More »

Beynəlxalq koalisiya Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıb

Bu gün BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisində keçirilən tədbiri “Xocalı: Barışıq üçün etiraf et” Koalisiyası təşkil edib. Seminarda əsas məruzəçi kimi çıxış edən “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Srebrenitsa və Xocalı soyqırımı …

Read More »

Baş nazir: “Xəzəryanı dövlətlərin enerji əməkdaşlığını artırmaq üçün imkanı var”

Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanları var. Boyukmillet.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib. O, Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib. Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki …

Read More »

Sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi iclası keçiriləcək

Sabah Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir. (Report)

Read More »

Nazir: “Azərbaycanın mədəni irs abidələri erməni vandalları tərəfindən qəsdən dağıdılıb”

“Azərbaycanın mədəni irs abidələri işğal zamanı erməni vandalları tərəfindən qəsdən dağıdılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə yol xəritəsinə uyğun olaraq mədəniyyət abidələrinin bərpası istiqamətində işlər davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. Nazir ölkələrin mədəni irsinin qorunub saxlanmasının vacibliyini vurğulayıb: “Azərbaycan mədəni irsin qorunması ilə bağlı müvafiq sənədlər …

Read More »