Cümə axşamı , 9 Aprel 2026

autor

Moskvada Azərbaycan, Ermənistan və Rusiya ekspertlərinin görüşü olacaq

Bu ilin iyulunda Rusiyanın vasitəçiliyi ilə yaradılmış Azərbaycan və Ermənistan ekspertinin “Sülh dialoqu” platforması çərçivəsində sentyabrın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Rusiyadan olan ekspertlərlə görüş keçirilib. Bu barəd Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib. Görüşdə Rusiya tərəfdən Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu və Rusiya Beynəlxalq Əlaqələr Şurasının nümayəndələri iştirak ediblər. Azərbaycan tərəfdən görüşə Beynəlxalq Münasibətlərin Təhlili …

Read More »

Azərbaycan Prezidenti: “Özbəkistanla əlaqələrimizdə yeni məzmun yaradırıq”

“Biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü zamanı deyib. Dövlət başçısı Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələrin əldə olunduğunu bildirib. Səmərqənddə aparılan yenidənqurma işlərini, şəhərin abadlaşdırılmasını, gözəlləşdirilməsini xoş təəssüratla qarşıladığını vurğulayan Azərbaycan Prezidenti …

Read More »

Azərbaycan XİN-in sözçüsü: “Ermənistan müharibədən sonrakı reallıqları qəbul etmək istəmir”

“Ermənistan ölkələr arasında normallaşma prosesinə hazır deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Haber Global”a açıqlamasında bildirib. “Ermənistan 2020-ci ildəki müharibəsonrası reallıqları qəbul etmək istəmir. Ermənistan normallaşma prosesinin irəlilədiyi bir vaxtda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir və beləliklə də, gərginlik yaratmaqla diqqəti yayındırmağa çalışır. Nəticədə normallaşma prosesinə xələl gətirmiş olur”, – …

Read More »

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü zamanı bildirib. Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib.

Read More »

Ərdoğan Özbəkistanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, Türkiyə liderinin rəsmi qarşılanma mərasimi keçirilib. Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində 2 gün davam edəcək Şanxay Əməkdaşlıq (ŞƏT)Təşkilatının növbəti sammitində iştirak edəcək. Qeyd edək ki, sammit çərçivəsində Türkiyə dövlət başçısının bir sıra liderlər, o cümlədən rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Read More »

Ersin Tatar Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib. “Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümündə bu zəfərin əldə olunmasında əməyi olanları yad edir, 2 gün əvvəl Vətənin müdafiəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinə bir daha rəhmət diləyirik”, – o bildirib.

Read More »

Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Read More »

Aİ Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəsi alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib. “Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, – o …

Read More »

Azərbaycan XİN başçısı Bakının azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib. “15 sentyabr tarixində Azərbaycan- Türkiyə qardaşlığının parlaq nümunələrindən biri olan Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 104 il ötür. Bu tarixi gündə şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik”, – o bildirib.

Read More »