Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma olub, iki nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, odlu silahla iki nəfər kənd sakini xəsarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün tədbirlər görülür.
Read More »Sabah ilin ikinci və son Ay tutulması olacaq
Sabah ilin ikinci və son Ay tutulması baş verəcək. Boyukmillet.com xəbər verir ki, bu, tam Ay tutulmasıdır (bəzən “Qanlı Ay” da adlandırılır). Tam Ay tutulması – Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb …
Read More »Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Azərbaycanın daha bir boksçusu İngiltərənin Liverpul şəhərində təşkil olunan dünya çempionatında mərhələ adlayıb. Boyukmillet.com Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosu (Dominikan Respublikası) 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq. Qeyd edək ki, daha öncə …
Read More »Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin keçmiş rəhbəri istintaq altındadır
Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarovun rəhbər vəzifələrdə olduğu müxtəlif dövrlərdə səlahiyyətlərini aşması, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə istintaq başlanıb. “Report”un Qazaxıstan bürosunun Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bütün cinayət işləri üzrə xüsusi prokurorların rəhbərliyi altında istintaq-əməliyyat qrupları yaradılıb. Qazaxıstan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201-ci …
Read More »İsrailin Belçikadakı səfirliyinə hücum cəhdinin qarşısı alınıb
Belçika təhlükəsizlik qüvvələri İsrailin Brüsseldəki səfirliyinin qarşısında əlində “Molotov kokteyli” olan şübhəlini saxlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, səfirliyin heç bir əməkdaşı xəsarət almayıb, onların hamısının təhlükəsizliyi təmin olunub. İsrail mediasının məlumatına görə, İsrailin təhlükəsizlik xidməti əməkdaşları artıq şübhəlinin şəxsiyyətini müəyyən ediblər. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Read More »Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib. Boyukmillet.com xəbər verir ki, ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb. Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi “dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına” malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də “eyni aqibətlə” üzləşəcək. Tramp …
Read More »Azərbaycan Rusiyadan AZAL-ın vurulmasına görə həm etiraf, həm də təzminat tələb edir
2024-cü il dekabrın 25-də Aktau yaxınlığında vurularaq qəzaya uğrayan AZAL sərnişin təyyarəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayaraq təyyarənin qəzaya uğraması ilə bağlı sığortaların ödənildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: “62 sərnişindən 46-sının xəsarət alması …
Read More »Bakıdan Zaxarovaya cavab: Rusiya vətəndaşlarının həbsi münasibətlərin pisləşməsi kimi təqdim edilə bilməz
“Rusiya XİN-in sözçüsünün Azərbaycanda 13 vətəndaşının həbsini münasibətlərin pisləşməsi kimi qiymətləndirməsi və azadlığa buraxılmalarını, iki ölkə arasındakı əlaqələrin normallaşması üçün şərt kimi göstərməsi doğru yanaşma deyil”. Bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Azər Ayxan verib. Bir gün öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması, Moskva ilə Bakı arasında münasibətlərin …
Read More »Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb
Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə dərhal Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib. Yanğınla mübarizəyə 3 təyyarə, 11 helikopter, 37 su daşıyan maşın, iki ağır texnika və 242 canlı qüvvə cəlb olunub. Hadisənin səbəbi isə hələ ki müəyyən edilməyib.
Read More »Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb
Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb. Boyukmillet.com bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir. İmzalanan sənədlər arasında – Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “SCANDENS …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar