Cümə axşamı , 9 Aprel 2026

autor

1 saylı “zon”un rəisi “oğru”lara yas mərasimi təşkil edib

Bu gün Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq “çefir” (tünd çay) paylayıb. Yas mərasimində məhbusların 80%-i iştirak edib. Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara “düzül” əmri verilib. Əldə etdiyim məlumata görə, …

Read More »

Bərdədə antisanitar vəziyyət – Millət vəkilindən çağırış

Bərdə şəhərində məişət tullantıları poliqonunun insanların sıx məskunlaşdığı ərazidə yerləşməsi rayon sakinlərinin haqlı narazılığına səbəb olub.  Bu barədə millət vəkili Fatma Yıldırım özünün feysbuk hesabında məlumat yayaraq, aidiyyatı qurumlardan yardım istəyib. Deputat bildirib ki, poliqonda mütəmadi olaraq tullantıların yandırılması ilə yaranmış xoşagəlməz vəziyyət rayonda yaşayan 150 mindən çox əhalini sağlamlıq problemləri ilə üz-üzə qoyur. Boyukmillet.com paylaşımı olduğu kimi təqdim edir: …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Boyukmillet.com-un məlumatına görə, sənədə bu gün Bakıda üç ölkənin hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imza atılıb. Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra …

Read More »

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik tutulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daha əvvəl bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb. Müəyyən olunub ki, FHN-in Dövlət Yanğından …

Read More »

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər avqustun 24-də baş tutacaq. Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Read More »

Xaricdən Azərbaycana 19 kq-dan artıq narkotik gətirən şəxs saxlanılıb

Xaricdən Azərbaycana 19 kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində tutulub. Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, …

Read More »

Bakıdakı Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək

Sentyabrın 6-dan 8-dək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra sərgi yenidən təşkil edilir. Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini …

Read More »

BMT nümayəndəsi: “Azərbaycanın hüquqi xidmətlər istiqamətində gördüyü işləri dəstəkləyirik”

“Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayır və bu istiqamətində gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva həssas qruplara hüquqi yardım və ödənişsiz hüquqi yardım sahəsində mövcud vəziyyət adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əməkdaşlıq uğurun bir hissəsidir: “BMT …

Read More »