Cümə axşamı , 9 Aprel 2026

autor

Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Avqustun 4-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin …

Read More »

XİN: “Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”

Azərbaycan Xarici İşlər Nazirliyi qeyri-qanuni erməni silahlı dəstələrinin Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması və Azərbaycan əsgərinin şəhid olmasını pisləyən bəyanat yayıb.  Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir:  “Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində …

Read More »

Azərbaycan Ordusunun şəhid olan əsgəri Şəmkirdə dəfn olunacaq

Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Bu barədə  Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var. Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni …

Read More »

Azərbaycan Ordusunun əsgərinin şəhid olması ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan Ordusunun əsgərinin şəhid olması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.. Bildirilib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu …

Read More »

Nazir: “Müharibədə əlil olmuş, sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş verilir”

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, …

Read More »

Qanunsuz erməni silahlı dəstələri Laçın istiqamətində atəşkəsi pozub, Azərbaycan əsgəri şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bildirilib ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb. …

Read More »

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunları məşğələlər keçir

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı …

Read More »

Hərbiyönümlü QHT-lər Prezident İlham Əliyevə müraciət edib

Azərbaycanın hərbiyönümlü qeyri-hökumət təşkilatları Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər. “Report” xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli cənab Prezident! Müzəffər Ali Baş Komandan! Sizin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğınız nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır. Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun …

Read More »

Azərbaycan millisi AVRO-2023-ə Bakıda start verir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2023-cü ildə baş tutacaq Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək. Boyukmillet.com -un məlumatına görə, A qrupunun ilk turunun oyununda rəqib Danimarka yığması olacaq. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək. Azərbaycan millisinin qrupdakı digər rəqibi Türkiyə yığmasıdır. AVRO-2023-ün təsnifat mərhələsi A QRUPU 3 avqust 18:00 Azərbaycan – Danimarka Bakı. Voleybol …

Read More »