Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotilyası arasında dostluq …
Read More »Əlillik dərəcəsi dəyişdirilmiş I Qarabağ müharibəsi iştirakçılarına ödənişin hansı qaydada veriləcəyi məlum olub
“Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan elə şəxslər var ki, sonradan onların əlillik dərəcələri dəyişdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, vaxtilə bir neçə dəfə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini …
Read More »Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb
Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən il dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) …
Read More »Füzulidə minatəmizləmə şirkətinin 3 əməkdaşı minaya düşüb, birinin ayağı amputasiya olunub
Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına …
Read More »Azərbaycan MN: “Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib”
Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial …
Read More »Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qeyd …
Read More »Türkiyə və Özbəkistan XİN başçıları regional əməkdaşlığı müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri vəzifəsini icra edən Vladimir Norov regional əməkdaşlığı müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə M.Çavuşoğlu tviterdə yazıb. “Strateji tərəfdaşımız Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov ilə ikitərəfli münasibətlərimizi və regional məsələləri müzakirə etdik”, – paylaşımda deyilir.
Read More »Bakıda Türkiyə vətəndaşı təhdid edilib
Bakıda Türkiyə vətəndaşına qarşı hədə-qorxu gəlinib. Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb. Belə ki, hazırda Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Özgür Karataş sosial şəbəkələrdə etdiyi paylaşımlara, yazdığı postlara görə həmyerlisi, eləcə də onun azərbaycanlı dostu tərəfindən təhdid olunaraq təzyiqlərə məruz qalıb. Daha sonra o, bununla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edib. …
Read More »Erməni nazir: “Azərbaycanla ticarət əlaqələrinin bərpası Ermənistanı xarici bazarlara çıxaracaq”
“Azərbaycanla azad ticarət siyasətinin qurulması Ermənistanın daha böyük bazarlara çıxmasına kömək edəcək”. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib. Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışan V.Kerobyan deyib ki, dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayenin olması mümkün deyil. “Beləliklə, Ermənistan Rusiya, İran, Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsi əldə edəcək”, – nazir əlavə …
Read More »Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq
“Azərbaycan, Türkiyə və Özbəkistan arasında regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq”. Boyukmillet.com xəbər verir, bu barədə Özbəkistan Prezident Administrasiyası rəhbərinin müavini və Prezidentin mətbuat katibi Şerzod Asadov tviterdə yazıb. “Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək. Özbəkistan, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə regional əlaqələrin möhkəmlənməsinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar