Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyə Rusiya, Azərbaycan və İranla qaz müqavilələrini uzatmaq niyyətindədir

Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Haber Global” telekanalının efirində deyib. “Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Bununla da enerji ehtiyaclarımızı ödəməyə çalışırıq”, – nazir bildirib.

Read More »

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğunun məlumatında deyilir. İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış …

Read More »

Azərbaycan və Rusiya arasında yeni protokol qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanda deyilir: “2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” …

Read More »

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Read More »

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin ən böyük tarixi xidmətlərindən biridir

“Ana dilimiz milli kimliyimimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dlimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Ona görə də, ulu öndərimiz Heydər Əliyev hər zaman dil məsələsinə xüsusi önəm verirdi”. Boyukmillet.com xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, 1969-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlər  öz nəticəsini …

Read More »

Azərbaycanın turizm sektorunda Şuşanın payı açıqlanıb

Bu ilin I yarısında Şuşadakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 9,2 min gecələmə qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu, ümumi gecələmələrin 0,9%-i deməkdir. Bundan başqa, 6 ayda Şuşadakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 17,1% təşkil edib. Bu isə ölkə üzrə orta göstəricidən 4,7 faiz …

Read More »

Xəstəxanalarda mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə geniştərkibli görüş keçirilib. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun rəhbərliyilə keçirilən görüşdə tibb müəssisələrində, eləcə də elmi-tədqiqat institutlarında tibbi xidmətlərin təşkili, maddi-texniki təminat, həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi vəziyyəti, xəstəxana göndərişləri və s. məsələlər ətrafında müzakirələr aparılıb. Hər bir müəssisə rəhbərinin ayrı-ayrılıqda …

Read More »

Prokuror Mövlam Şixəliyevə 14 il həbs cəzası istəyib

Prokuror ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin 14 il, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Daha sonra …

Read More »

Azərbaycan hotellərində gecələmələrin sayı 48% artıb

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 1 027 min gecələməl olub. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur. 6 aylıq gecələmələrin 55,1 %-i Bakıda, 6,8 %-i Qəbələdə, 6,8 %-i Qubada, 5,5 %-i Qusarda, 5,5 %-i Şabranda, 3,3 %-i Lənkəranda, 3,0 %-i Naftalanda, 2,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,3 …

Read More »

Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib

Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib. Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zaman bəzi rayon sakinləri tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokollar tərtib olunub.

Read More »