Səudiyyə Ərəbistanı Tehrana açıq şəkildə bildirib ki, Ər-Riyad İranın ABŞ-la münaqişəsinin diplomatik yolla həllinə üstünlük versə də, krallığa və onun enerji sektoruna qarşı növbəti hücumlar səudiyyəliləri də eyni şəkildə cavab verməyə məcbur edə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” vəziyyətlə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu mesaj İran prezidenti Məsud Pezeşkyanın şənbə günü …
Read More »DMM: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
Bölgədə baş verən son hadisələri nəzərə alaraq, bəzi platformalarda, xüsusən də sosial mediada Türkiyə-Azərbaycan münasibətlərini və Azərbaycanın özünü hədəf alan həddindən artıq dezinformasiya və təxribatı ehtiva edən paylaşımlar müşahidə olunub. Boyukmillet.com xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb. Bildirilib ki, sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və …
Read More »ABŞ İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb
ABŞ “Epik qəzəb” hərbi əməliyyatı çərçivəsində İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb. Boyukmillet.com xəbər verir ki, Ağ Ev rəhbəri Donald Tramp bunu Floridada keçirilən “Amerikanın Qalxanı” sammitində açıqlayıb. “Biz onların rabitəsini məhv etdik və bütün telekommunikasiyalar yox oldu. Bilmirəm onlar necə ünsiyyət qururlar, amma düşünürəm ki, nəsə tapacaqlar”, – o deyib. Tramp bildirib ki, ABŞ əməliyyat zamanı İranın 42 hərbi gəmisini …
Read More »Azərbaycanda bankların sayı azalır: Ramiz Mehdiyevin ailəsinə məxsus “Bank BTB” artıq BOKT olacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə ilkin razılıq verib.Qərar Mərkəzi Bankının İdarə Heyətinin martın 5-də qəbul etdiyi qərarla verilib. Mərkəzi Bankın martın 6-da yaydığı məlumata görə, qərar bankın öz müraciəti əsasında qəbul olunub və yenidən təşkil prosesi qurumun nəzarəti altında həyata keçiriləcək. Bu proses çərçivəsində “Bank BTB” ilə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq …
Read More »İsrail ordusu 80-dən çox qırıcı ilə Tehrandakı hərbi infrastruktura növbəti zərbə endirib
İsrail Müdafiə Ordusu İranın mərkəzi hissəsində, Tehranda İranın hərbi infrastrukturuna növbəti zərbə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbələrin endirilməsinə İsrail Hərbi Hava Qüvvələrinin 80-dən çox qırıcısı cəlb olunub. Əməliyyat zamanı qırıcılar 230-a yaxın döyüş sursatı ataraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “İmam Hüseyn” adına Mərkəzi Hərbi Universiteti də daxil olmaqla bir …
Read More »İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib
Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib. Boyukmillet.com-un “İsna”ya istinadən verdiyi xəbərə əsasən, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib. “Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq”, – qeyd …
Read More »İranın hücumları səbəbindən Dubay Beynəlxalq Hava Limanı bağlanıb
Dubay Beynəlxalq Hava Limanı təhlükəsizlik mülahizələrinə görə təyyarələrin qəbulunu və yol salınmasını dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dubai Media Office” “X” sosial şəbəkəsində məlumat yayıb. “Sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir”, – bəyanatda bildirilib. Hava limanının …
Read More »SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı “Doğru vəd – 4” əməliyyatının 24-cü mərhələsinin başladığını elan edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə SEPAH-ın Mətbuat xidməti xəbər verib. “Fars” xəbər agentliyinin dərc etdiyi hərbi mətbuat açıqlamasına görə, İsrail ərazisinə üç raket atılıb.
Read More »ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib
ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. “ABŞ İran dronlarının Naxçıvana hücumlarını qətiyyətlə pisləyir, Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir. ABŞ-nin Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və xəsarət alanların tezliklə sağalmasını arzulayır”, – paylaşımda bildirilib. Xatırladaq ki, …
Read More »DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror-təxribat aktlarının və kəşfiyyat xarakterli məlumatların toplanılması cəhdlərinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “AzTV”də süjet yayımlanıb. DTX-nin məlumatına görə, cəmiyyət arasında vahimə yaratmaq və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədilə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar