Cümə axşamı , 9 Aprel 2026

autor

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

19-20 iyul tarixində Almatıda keçirilən “Dayanıqlı İnkişaf üçün İnnovasiyalar və Texnologiyalar üzrə Ekspert Qrupunun İclası”nda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstana səfər edib. Boyukmillet.com xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) katibliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının …

Read More »

FHN: “Xocavənd, Füzuli və Cəbrayılda 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb”

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocavənd, Füzuli və Cəbrayılda nə qədər ərazinin yandığı barədə məlumat yayıb. FHN-dən  daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha …

Read More »

Səhiyyə Nazirliyi COVID-19-la bağlı növbəti xəbərdarlıq yayıb

“Təəssüf ki, Azərbaycanda da COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var. Belə ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeyd edilib”. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib. Onun sözlərinə görə, əhali …

Read More »

Vilyam Hacıyevə 12 il həbs cəzası verilib

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Xatırladaq ki, prokuror V.Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin …

Read More »

Prezident: “Qoşulmama Hərəkatına sədrliyin müddətinin uzadılması Azərbaycana olan etimadın göstəricisidir”

“Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti bu ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına ünvanlanmış müraciətində yer alıb. Müraciətdə Azərbaycanın gənclər siyasətinə xüsusi diqqət ayırdığı bildirilir, həmçinin Qoşulmama Hərəkatına sədrliyin müddətinin uzadılmasının Azərbaycana olan yüksək etimadın …

Read More »

Qoşulmama Hərəkatının Gənclər Sammitində müzakirə olunacaq məsələlərlə bağlı qərarlar Şuşada qəbul ediləcək

“Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tarixdə ilk dəfə gənclər təşkilatına çevriləcək”. Boyukmillet.com  xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə təşkilatın Bakıda keçirilən Gənclər Sammitində deyib. “Sammitin son günü Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada baş tutacaq. Sammitboyu müzakirə olunacaq məsələlərlə bağlı qərarlar Şuşada qəbul ediləcək. Ümid edirik ki, Sammitin uğurlu işi nəticəsində Şuşada …

Read More »

Vilyam Hacıyevin 6 milyon manatlıq əmlakı müsadirə edilib – SİYAHI

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barədə hökm çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qeyd edilib ki, təqsirləndirilən şəxsin 6 milyon 300 min manatlıq əmlak və pulu dövlət nəfinə müsadirə olunsun. V.Hacıyevin müsadirə edilən əmlakı bunlardır: İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş …

Read More »

Dövlət Komitəsi Ağalı kəndinə köçürülən sakinlərin sayını açıqlayıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən inşa edilmiş Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən bu mərhələ üzrə növbəti, dördüncü köç karvanı yola salınıb. Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eldar Zeynalov, komitənin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz …

Read More »

150 qarabağlı “Azərenerji”nin Qarabağdakı enerji obyektlərində işlə təmin edilib

Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində, ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini daimi işlə təmin edilib. “Enerji obyektlərində kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə, ağdamlı Ağdamda və digər rayon sakinləri …

Read More »

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir

Bakıda Qoşulmama Hərəkatının (QH) Gənclər Sammiti başlayıb. Boyukmillet.com xəbər verir ki, sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi, habelə bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak edir. Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib. Daha sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə …

Read More »