Cümə , 26 Aprel 2024
Drone Cameras

FHN: “Xocavənd, Füzuli və Cəbrayılda 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb”

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocavənd, Füzuli və Cəbrayılda nə qədər ərazinin yandığı barədə məlumat yayıb.

FHN-dən  daxil olan məlumatda deyilir:

“Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb”.

Check Also

Şirvanda narkotikə görə 6 nəfər həbs edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin …