“Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə …
Read More »Alban-udi xristian dini icması üçün təşkil edilən “Xristianlıq” tədris kursu başa çatıb
Azərbaycan İlahiyyat İnstitutunun 2021/2022-ci tədris ilində Alban-udi xristian dini icması üçün təşkil etdiyi “Xristianlıq” tədris kursu başa çatıb.Boyukmillet.com xəbər verir ki, iyulun 17-də Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” Alban-udi kilsəsində kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim edilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Alban-udi xristian dini icmasının sədri Robert Mobili və icma üzvləri iştirak ediblər.Tədbirdə çıxış edən …
Read More »“Euronews”: Aİ Azərbaycanı etibarlı tərəfdaş adlandırır
Avropa İttifaqı (Aİ) Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Euronews” yazıb. Qeyd edilir ki, Aİ 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə hər il azı 20 milyard kubmetr yanacaq qəbul edə biləcəyini gözləyir. 2021-ci ildə Rusiyadan Avropa İttifaqı ölkələrinə 155 milyard kubmetr qaz ixrac edilib ki, bu da onun ümumi istehlakının 40 %-ni təşkil edib. Nəşr …
Read More »Zelenski UTX rəhbərini və baş prokuroru vəzifədən kənarlaşdırmasının səbəbini açıqlayıb
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin və baş prokurorunun vəzifəsindən kənarlaşdırılması səbəbi məlum olub. Bu barədə Boyukmillet.com Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir. Belə ki, Zelenski ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Rusiya xüsusi xidmət orqanları arasında qeydə alınan məxfi əlaqələrə görə İvan Bakanovu Təhlükəsizlik Xidmətinin rəhbəri, İrina Venediktovanı isə baş prokuror vəzifəsindən kənarlaşdırıb. Prezident bildirib ki, hazırda dövlətə xəyanət və prokurorluq, …
Read More »Moldova Azərbaycandan təbii qaz ixracını planlaşdırır
Moldova Azərbaycandan təbii qaz almağı planlaşdırır. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Moldova Parlamenti qazın tədarükü üçün Avropa İttifaqının (Aİ) 300 milyon avro krediti məbləğində dəstək layihəsini təcili olaraq iki oxunuşda qəbul edib. Rəsmi Kişinyov Azərbaycan və Rumıniyadan Rusiyaya alternativ enerji resursu almağı gözləyir. Buxarestin qaz anbarları isə 49 % dolu olduğu halda, Bakı ilə …
Read More »Türkiyə ordusu PUA-lardan müdafiə sistemləri alıb
Türkiyə ordusu ilk dəfə olaraq kiçik ölçülü pilotsuz uçuş aparatları (mini və mikro PUA-lar) ilə mübarizə üçün “Şahin” (ŞAHİN 40 mm) mübarizə sistemləri alıb. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib. Sistemin quraşdırılması Türkiyənin müdafiə sənayesinin flaqmanı – ASELSAN konserni tərəfindən hazırlanıb. İdarə rəhbəri qeyd edib ki, kompleksin daşınması, yerləşdirilməsi …
Read More »Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrindən azad edilib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu, və baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının internet saytında yerləşdirilib. “Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV nömrəli Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə əsasən, Bakanov İvan Gennadyeviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılsın”, – …
Read More »Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o …
Read More »Türkiyə ordusunun daha bir hərbçisi terrorçuların açdığı atəş nəticəsində həlak olub
Türkiyə ordusunun daha bir hərbçisi İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbçi terrorçuların açdığı atəş nəticəsində həlak olub. Nazirlik hərbçinin ölümü ilə bağlı Türkiyə xalqına başsağlığı verib, səbir diləyib. Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun digər hərbçisi İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla …
Read More »Ukraynanın Kiyev vilayətində 1 346 mülki şəxsin meyiti aşkarlanıb, yüzlərlə itkin var
Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb. Boyukmillet.com “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib. “Bu günə olan məlumata əsasən 1 346 nəfər həlak olub, dinc sakinlərin öldürüldüyün vurğulayıram. Onların əksəriyyəti odlu silahla öldürülüb”, – o, milli …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar