“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdılar”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb. “Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – ABŞ-ın dövlət katibi vurğulayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstanın paytaxtı Tbilisidə Ermənistanın xarici …
Read More »Azərbaycan və Gürcüstan regionları arasında əlaqələr genişlənir
Şəmkir – Marneuli, Ağstafa – Qardabani, Göygöl – Bolnisi, Daşkəsən – Dmanisi qardaşlaşma memorandumları imzalanıb Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.Əvvəlcə Gürcüstan nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini …
Read More »Azərbaycan Ordusunun hərbçisi Mingəçevir su anbarında boğulub
Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub. Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Read More »Türkiyə ordusu Suriyada 4 terrorçunu zərərsizləşdirib
Türkiyə təhlükəsizlik qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 4 üzvünü zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı”nın antiterror əməliyyatı zonasında silahlı döyüş əməliyyatı hazırlayırmış. Nazirlik əlavə edib ki, Türkiyə ordusu Suriyanın şimalında fəaliyyət göstərən terrorçulara qarşı qabaqlayıcı əməliyyatları davam etdirir.
Read More »Serbiya gələn il üçün Azərbaycanla qaz alışı ilə bağlı danışıqlar aparır
Rusiya qazından tamamilə asılı olan Serbiya 2023-cü ildə Bolqarıstan boru kəmərinə birləşdiriləcək interkonnektorun tikintisi başa çatdıqdan sonra Azərbaycandan qaz almağı planlaşdırır. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bunu Serbiyanın dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib. “Hazırda biz gələn il üçün qaz tutumlarının ehtiyatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq, çünki Serbiya-Bolqarıstan interkonnektoru gələn ilin sentyabrında başa çatacaq”, – Mixayloviç Sarayevoda keçirilən …
Read More »Azərbaycanla Gürcüstan şəhərlərinin qardaşlaşması haqqında memorandumlar imzalanıb
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Kvemo Kartli regionunun qubernatoru ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrimizin inkişafına faydaları və perspektivlər barədə fikirlərimizi bölüşdük: “Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, …
Read More »Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Avropa Parlamentinin Xarici əlaqələr Komitəsinin nümayəndə heyəti gələn həftə Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə komitənin sədri Devid Makallister bildirib. Onun sözlərinə görə, Gürcüstana səfər çərçivəsində Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə illik hesabat və Aİ-yə üzvlüyə namizəd statusu məsələləri müzakirə olunacaq.
Read More »Sabahdan Bakıda və rayonlarda hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Xidmətdən bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq. Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.
Read More »USAID missiyasının rəhbəri: “Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi”
“USAID Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx bildirib. “Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi. Bu da bizim həyatımızı daha maraqlı edir, çünki yeni investisiya sahələri meydana gəlir”, – o deyib. Sinqx USAID-in “Sosial İştiraka Dəstək” adlı 5 illik proqramının Azərbaycanın …
Read More »Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş başlayıb
Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb. Boyukmillet.com “Habertürk” istinadən xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir. Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir. Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar