Cümə , 10 Aprel 2026

autor

Ermənilərin Qarabağ haqqında çəkdikləri təxribatçı filmin Bişkekdə nümayişinin qarşısı alınıb

Ermənilərin Qarabağ haqqında çəkdikləri və faktların təhrif olunduğu filmin Qırğız Respublikasının paytaxtı Bişkekdə nümayişi ləğv olunub. Bunu “Report”a Qırğız Respublikasında AZƏRİ İctimai Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar Hüquqşünası Əzizağa Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan diasporunun səyləri nəticəsində filmin nümayişi baş tutmayacaq. Xatırladaq ki, iyulun 8-i Bişkekdə yerləşən Kino Evində rejissor Nora Martirosyanın “Külək sakitləşəndə” filminin nümayişi planlaşdırılmışdı. Erməni təxribatının daha …

Read More »

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, hazırda 277 aktiv xəstə var. Bu günə qədər 9 719 …

Read More »

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli həmvətənlər! Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah …

Read More »

SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Boyukmillet.com-un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkətin ümumi dövriyyəsi 56,3 % artaraq 77,5 milyard manata çatıb. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının …

Read More »

XİN sözçüsü: “Türkiyə Azərbaycana ən böyük siyasi dəstəyi göstərən dövlətdir”

“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Bu münasibətlərin dünyada bənzəri yoxdur”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. O bildirib ki, Azərbaycan strateji münasibətlərin gələcəkdə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək: “Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərən dövlətdir”.

Read More »

Boris Conson Baş nazir postundan İSTEFA VERDİ

Böyük Britaniyanın baş naziri Boris Conson istefa verdiyini elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.Boris Conson istefasını xalqa etdiyi müraciətində bəyan edib. O, ictimaiyyətə “böyük imtiyaz” üçün təşəkkür edib: “Hər şeydən əvvəl, mənə verdiyiniz böyük imtiyaz üçün sizə, Britaniya ictimaiyyətinə təşəkkür etmək istəyirəm”. O bildirib ki, bundan sonra yeni baş nazir gələnə qədər xalqa xidmət göstərəcək: “Baş nazir …

Read More »

Türkiyənin Suriyada həlak olan hərbçilərinin sayı 2-yə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həlak olan hərbçilərinin sayı 2-yə çatıb.  Boyukmillet.com “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Çavuşlar Ömür Ertuğrul Sarı və Muhammed Mustafa Koca yaralanaraq şəhid olublar. Daha bir hərbçi isə yaralıdır.13:40 Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında şəhid verib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd …

Read More »

KİV: “Conson istefa verəndən sonra Zelenski ilə danışacaq”

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefa verdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışacağı gözlənilir. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph”ın jurnalisti Ben Rayli yazıb. İddiaya görə, Conson Zelenski ilə payızadək bu ölkəyə dəstək, həmçinin Britaniya və Ukraynanın ümumi maraqlarına cavab vermək məsələləri ətrafında müzakirələr aparacaq. Qeyd edək ki, Qərb mətbuatı bundan …

Read More »

Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”

“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib. XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil: “Bu proses sivil və dinc …

Read More »

Paşinyan: “Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların icrasına başlamaq lazımdır”

“Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, hər iki ölkədən olan xüsusi nümayəndələr sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də hava nəqliyyatı ilə yük daşımaları üçün açılması barədə razılığa gəliblər: “Anlaşma anlaşmadır. Lakin onları yerinə yetirmək …

Read More »