Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 7-ci hesabat seçki konfansdan bir ay keçib. Xəbər verildiyi kimi, konfransda Cəmiyyətin yeni sədri Vüqar Oruc seçilib.Boyukmillet.com xəbər verir ki, FED.az yeni sədr ilə Qiymətləndiricilər Cəmiyyətinin hazırki fəaliyyətindən, gələcək planlarından, qarşıdakı işlərindən danışıb.Vüqar Orucun sözlərinə görə, son 1 ay ərzində konfransda seçilmiş strukturların işlək hala gətirilməsinə, əsasnamələrin, fəaliyyət proqramının hazırlanmasına, o cümlədən konfransda qəbul olunmuş qərarların …
Read More »Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb
İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb. Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, həmin ərazidə yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət …
Read More »QMİ: “Qurban bayramı iyulun 9-dadır və 3 gün davam edə bilər”
Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək. Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq …
Read More »MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”
İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm aktları ilə bağlı sayt yaradılıb
Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real vəziyyətini dünyaya çatdırmaq üçün yeni portal yaradılıb. Boyukmillet.com-un məlumatına görə, heritage.gov.az saytını Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlayıb. Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilən qanunsuz əməllər …
Read More »Azərbaycan üzgüçüsü Avropa çempionatında finala yüksəlib
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub. Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb. Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start …
Read More »Azərbaycanda ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırılıb
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən …
Read More »Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin aprelində Mingəçevir şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Y.Məhərrəmov şəxsi …
Read More »Abşeronun 2 qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına 9 milyon manat xərclənəcək
“Azərsu” ASC Abşeron rayonunun Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Archico” MMC-dir. Qalib şirkətə 9,377 milyon manat ödəniləcək.
Read More »Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi auditor seçib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi audit xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “L.B. Audit Xidməti” MMC-dir. Qalib şirkətə 6 950 manat ödəniləcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar