İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Read More »Dövlət Komitəsinin rəhbərliyi Qarabağdakı hərbi hissədə olub
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılmasının 20 illik yubileyi münasibətilə Qarabağdakı “N” saylı hərbi hissədə “Gücümüz birliyimizdədir” adlı möhtəşəm bayram tədbiri və konserti keçirilib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndər Heydər Əliyevin milli kimlik və …
Read More »Zaqatalanın kəndləri sel suları altında qalıb, magistral yol bağlanıb
Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb. Boyukmillet.com-un məlumatına görə, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub. Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb. Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə …
Read More »Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri keçirilib. Vətən müharibəsi şəhidləri Rəhim Hüseynov və Tural Eyyubovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi …
Read More »Mirziyoyev Qaraqalpaqda iğtişaşlar zamanı xəsarət alanlardan danışıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 1-də və 2-də Qaraqalpaq Respublikasında iğtişaşlar zamanı dinc əhali və təhlükəsizlik qüvvələri arasında xəsarət alanlar barədə məlumat verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov bildirib. “Təəssüf ki, dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərərçəkənlər var”, – dövlət başçısı deyib. Mirziyoyev Qaraqalpaqda baş verən son iğtişaşları ölkənin ərazi bütövlüyünü pozmaq …
Read More »“YAŞAT” fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi 14 ay sonra evinə qayıdıb
“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir vətən müharibəsi qazisi evinə qayıdıb. Boyukmillet.com xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəındindən olan 44 günlük Vətən müharibəsinin iştirakçısı, 25 yaşlı Emil Qocayev şəhərin girişində ictimaiyyət nümayəndələri, qazilər, dostları və qohumları tərəfindən qarşılanıb. Daha sonra avtomobil karvanı ilə Şəhidlər Xiyabanına gələrək Vətənin ərazi bütövlüyü ugrunda canlarından keçib, qəhrəmancasına …
Read More »Özbəkistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək
“Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov Şuşada türk ölkələrinin beyin mərkəzlərinin növbədənkənar toplantısında deyib. Nematov azad edilmiş ərazilərdə aparılan tikinti işlərinin həcminə də heyran qalıb: “Bu, Azərbaycanın iqtisadi və siyasi baxımdan nə qədər güclü olduğunu göstərir. Özbəkistan işğaldan azad …
Read More »Qazaxıstanlı ekspert: “Türk dövlətləri ortaq dəyərləri, dili, mədəniyyəti qoruyaraq saxlayıb”
“Uzun müddət ərzində SSRİ-nin tərkibində olmasına baxmayaraq, türk dövlətləri əlaqələri kəsməyib. Biz repressiyalara rəğmən ortaq dəyərlərimizi, dilimizi, mədəniyyətimizi qoruyub saxlamışıq”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin Şuşada keçirilən növbədənkənar toplantısında deyib. O, türk dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Ekspert sıx qarşılıqlı əlaqəni və mədəni mübadiləni genişləndirmək …
Read More »Ufuk Ulutaş: “Şuşa Azərbaycan-Türkiyə əməkdaşlığını yeni səviyyəyə qaldıran məkandır”
“Şuşa Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni, daha da yüksək səviyyəsini göstərən bəyannamənin imzalandığı yerə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş Şuşada türk dövlətlərinin beyin mərkəzlərinin növbədənkənar toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. “Bu gün Şuşada toplaşmağımız təsadüfi deyil”, – o bildirib. U.Ulutaş vurğulayıb ki, geosiyasət beynəlxalq münasibətlərin reallığıdır: “Qarabağ münaqişəsi …
Read More »Özbəkistan Prezidenti Nukusda müşavirə keçirib, sakinlərlə görüşüb
İyulun 3-də yenidən Nukus şəhərinə səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikasının bütün bölgələri ilə videokonfrans vasitəsilə müşavirə keçirib. Müşavirə zamanı rayonların hakimləri və hüquq-mühafizə orqanlarının rəhbərləri vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, asayişin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, dövlət başçısının dünənki müraciətindən sonra vəziyyət stabilləşib. Özbəkistan Milli Qvardiyasının rəisi Rüstəm Jurayev hazırkı vəziyyətlə bağlı məruzə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar