Cümə , 10 Aprel 2026

autor

Azay Quliyev yenidən sədr seçildi – FOTO

İyulun 2-də Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT PA-nın 29-cu İllik Sessiyası çərçivəsində İpək Yolu Qrupunun 7-ci iclası keçirilib.  Boyukmillet.com xəbər verir ki, iclası açan Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və İpək Yolu Qrupunun Sədri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib. Tədbirdə əvvəlcə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyevin məruzəsi dinlənilib. …

Read More »

Fərid Şəfiyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu türk dövlətlərinin beyin mərkəzlərinin nümayəndələrinin növbədənkənar toplantısında iştirak etmək üçün Şuşada olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib. “Son zamanlar biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, xüsusən də nəqliyyat əlaqələrinin və kommunikasiyaların yaradılması məsələlərində müsbət dönüşün şahidi olmuşuq. Lakin sülh sazişinin imzalanmasında müəyyən …

Read More »

TDT baş katibinin müavini: “Şuşa təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət beşiyidir”

“Şuşa təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət beşiyidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Qismət Gözəlov Şuşada türkdilli ölkələrin beyin mərkəzlərinin növbədənkənar toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. “Bildiyiniz kimi, Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilib, bununla bağlı planlı işlər aparılır. Türk Dövlətləri Təşkilatında artıq Koordinasiya Şurası fəaliyyət göstərir. TÜRK PA, Türk …

Read More »

Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək

İyulun 3-4-də Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və daxili işlər naziri Gerhard Karner Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avstriyalı nazirlər öz həmkarları Mövlud Çavuşoğlu və Süleyman Soylu ilə görüşəcəklər. Görüşlərdə regional məsələlər, xüsusilə qeyri-qanuni miqrasiya, terrorla mübarizə və Ukraynadakı proseslər müzakirə ediləcək.

Read More »

Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”

“Şuşada türkdilli dövlətlərin araşdırmalar mərkəzlərinin növbədənkənar toplantısındayıq. Payızda isə Özbəkistanda beyin mərkəzlərinin toplantısının keçirilməsi gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. “Bu gün biz türkdili ölkələrin üzləşdiyi problem və çağırışları, bu dövlətlərdə baş verən son hadisələri müzakirə edəcəyik”, – o əlavə edib. F.Şəfiyev vurğulayıb ki, bu görüşün Şuşada keçirilməsi …

Read More »

Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir. Boyukmillet.com xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev …

Read More »

Vilayət Eyvazov media nümayəndələrinə təşəkkür edib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidməti vəzifələrin icrası zamanı polis əməkdaşlarına hər zaman dəstək olan jurnalistlərə təşəkkür edib. Boyukmillet.com-un xəbərinə görə, nazir təşəkkürünü Azərbaycanda polisin yaranmasının 104 illiyi münasibəti ilə Polis Akademiyasında keçirilən tədbirdə elan edib. “Yaranmış imkandan istifadə edərək xidməti vəzifələrin icrasında hər zaman bizə dəstək olan, peşə bayramımızın sevincini bizimlə bölüşən vətəndaşlarımıza, daxili işlər orqanIarının veteranlarına, digər …

Read More »

Şuşa teatrına həsr olunmuş “Ən uzun qastrol” filmi təqdim olunub

Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” adlı sənədli film “İctimai” TV-də yayımlanaraq geniş ictimaiyyətə təqdim olunub. Boyukmillet.com təqdim edir ki, filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara …

Read More »

Yağıntılı hava şəraiti iyulun 5-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək. Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, …

Read More »