Cümə , 10 Aprel 2026

autor

Prezident “Azərbaycanın digər təşəbbüsü BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır”

“Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib. “Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi …

Read More »

Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. Boyukmillet.com xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Read More »

Prezident İlham Əliyev: “Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir”

“Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib. “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. …

Read More »

İlham Əliyev: “Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar”

“Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı söyləyib. Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib: “Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi …

Read More »

Prezident: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi”

“Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs 30 ilədək davam etmiş işğalın gətirmiş olduğu vandallığın və dağıntıların şahidi ola bilər.

Read More »

Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”

Rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycandan üzr istəyib. Boyukmillet.com xəbər verir ki, o, üzrxahlığını “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda çatdırıb. “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr …

Read More »

Türkiyədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, yoluxan immunitet problemi olan 37 yaşlı şəxsdir. Həmçinin nazir qeyd edib ki, xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasda keçir.

Read More »

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” hüquq-mühafizə orqanlarından məlumat əldə edib. Hadisə dünən, iyunun 29-da baş verib. “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi …

Read More »

Lənkəranda 11 nəfər narkotikə görə saxlanılıb

Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotiklə tutulub. Daxili İşlər Nazirliyininn Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Eldəniz Süleymanov və əvvəllər məhkum olunmuş Tərlan Əliyev sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumi …

Read More »

İtaliya Ukraynaya ağır silahlar verəcək

İtaliya Almaniya və Niderland kimi, Ukraynaya ağır silahlar verəcək. Texnikanın dəqiq siyahısı hələlik məxfi saxlanılır. Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rütte bildirib. İtaliya Müdafiə Nazirliyindən Ukraynaya haubitsaların verilib-verilməyəcəyi açıqlamayıb və təqdim ediləcək texnikanın siyahısının məxfi saxlanıldığını bildirilib.

Read More »