Cümə , 10 Aprel 2026

autor

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün iyunun 29-da Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisin Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Türkiyə Maarif Vəqfi Azərbaycanla fəaliyyətin davam etdirilməsində maraqlıdır

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün İqtisadiyyat Nazirliyində olub. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, yüksək səviyyəli strateji əməkdaşlığı vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sosial, mədəni, humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. Bu baxımdan, təhsil sahəsində, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil …

Read More »

Rusiya və İran prezidentləri Aşqabadda görüşüblər

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkə liderləri müntəzəm olaraq təmasdadırlar, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər. Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub. Ötən aylarda liderlər bir neçə dəfə telefonla da danışıblar və Ukraynadakı vəziyyəti müzakirə ediblər, regional …

Read More »

Meksikanın tanınmış jurnalında Şuşanın 270 illiyindən bəhs edilib

Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik çevrələr və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan “El Mundo” jurnalında Azərbaycanın müstəqillik tarixi və Azərbaycanla Meksika arasındakı münasibətlərdən bəhs edilib. Boyukmillet.com xəbər verir ki, məqalədə, Mexiko şəhərində keçirilmiş, Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyinə həsr olunmuş təntənəli …

Read More »

Həkim: “Energetik içkilər uşaqlarda xəstəliklər yarada bilər”

“Uşaqların energetik içkiləri qəbul etməsi tövsiyə olunmur”. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib. O bildirib ki, həmin içkilərin tərkibindəki maddələr uşaqlarda müəyyən xəstəliklərin yaranmasına səbəb ola bilər: “O içkilər böyüklər üçündür. Uşaqlar üçün heç bir göstəriş yoxdur”.    

Read More »

11-ci mərtəbədən yıxılaraq ölən ginekoloqun əri gömrük mayorudur – “Boşanma ərəfəsində olub”

Xəbər verdiyimiz kimi, tanınmış həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı bir sıra müəmmalı məqamlar var. Belə ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemləri olduğu, hətta ərinin psixoloji xəstə olduğu iddia edilir. Boyukmillet.com xəbər verir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün mərhumun qardaşı ilə əlaqə saxlayıb.  X.Kəngərlinin qardaşı Elçin Vəliyev açıqlamasında bildirib ki, bacısının ərinin psixoloji problemləri olması …

Read More »

Azərbaycanın mənası, mahiyyəti özündən böyükdür – Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “Mədəniyyət/Culture” jurnalının yeni sayında müsahibəsini yayımlanıb. Müsahibədə Türk dünyası arealında görülən işlər, Azərbaycanın önəmli mövqeyi və mənəvi dəyərlər haqqında danışılıb. Jurnalın baş redaktoru Zöhrə xanıma, müsahibəni alan Fəxriyyə xanıma, onların timsalında “Mədəniyyət/Culture”nin bütün əməkdaşlarına öz təşəkkürümüzü yetiririk. Müsahibəni oxucularla bölüşürük: Azərbaycanın mənası, mahiyyəti özündən böyükdür Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva: “Öz …

Read More »

Zelenski Ukraynanın G20 sammitində iştirak şərtlərini açıqlayıb

Ukraynanın “Böyük İyirmilik” (G20) sammitində iştirakı iki əsas amildən – təhlükəsizlik vəziyyətindən və sammit iştirakçılarının tərkibindən asılı olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski indoneziyalı həmkarı Coko Vidodo birgə brifinqdə deyib. Zelenski, böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirakına eyham vurub. Daha əvvəl prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Putin də G20 sammitində iştirak etmək …

Read More »