Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, E.Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən …
Read More »Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb. Nazir Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin dinamikasının bu inkişafın bariz göstəricisi olduğunu bildirib. Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin inkişaf etdiyi qeyd edilib, bu xüsusda iyunun 27-də yeni bir format …
Read More »Zəfər Partiyasının sədri Prof.Dr.Ümit Özdağ: “İran artıq psixoloji və ideoloji müharibəni uduzub…”
Türkiyənin Tmbhaber.com saytında Zəfər Partiyasının sədri, millət vəkili Prof.Dr. Ümit Özdağla müsahibə dərc olunub. Tanınmış azərbaycanlı jurnalist Oktay Hacımusalının aldığı müsahibədə Türkiyə-Azərbaycan münasibətləri, Zəfər Partiyasının Türk Dünyasına baxışı, bölgədə baş verənlər barədə danışılıb. Müsahibəni oxucularımıza təqdim edirik. -Söhbətimizə kövrək notlarla başlamaq istərdim… Bildiyimiz kimi, mərhum atanız Müzəffər Özdağ 90-cı illərdən vəfat etdiyi günə kimi Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədri olub. Təbii …
Read More »Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İrakli Qaribaşviliyə ad günü münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili ölkələrimiz …
Read More »Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Baş katibi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov, Hissein Brahim Tahanın bu önəmli vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Nazir, Azərbaycanın İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və bu günədək təşkilatla çox fəal …
Read More »İƏT nazirlərinin 11-ci konfransında Bakı Bəyannaməsi qəbul edilib
Bakıda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) turizm nazirlərinin 11-ci konfransı işini başa çatdırıb. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Konfransda turizmin inkişafı üzrə qətnamə və Bakı Bəyannaməsi qəbul edilib. Qətnamədə azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib. Həmçinin …
Read More »Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında postmüharibə dövründə bərpa məsələləri müzakirə edilib
Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun XI sessiyası (WUF11) çərçivəsində müharibə və təbii fəlakətlərdən sonra icmaların bərpasına həsr olunmuş xüsusi sessiya keçirilib. “Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ukraynadakı müharibənin nəticələri ilə əlaqədar foruma ev sahibliyi edən ölkənin – Polşanın təşəbbüsü ilə bu mövzuda müzakirələr keçirilib. Polşanın maliyyə və regional siyasət naziri …
Read More »“Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
Prezident İlham Əliyev “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunacaq. Qayda sınədinin 7-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: “Ailə üzvlərindən biri (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.13-cü maddəsinə uyğun olaraq …
Read More »Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanununda dəyişiklik edilməsi qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq …
Read More »Ceyranbatan-Pirallahı su kəmərinin tikintisinə 49 milyon manat xərclənəcək
“Azərsu” ASC Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Nort Vest Konstrakşn” MMC-dir. Qalib şirkətə 48,66 milyon manat ödəniləcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar