Cümə , 10 Aprel 2026

autor

Komitə sədrinin müavini: “Azərbaycanla bağlı qərəzli fikir bildirənlərin sonu yaxşı olmayacaq”

“Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda, küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar. Bunun sonu heç də yaxşı olmayacaq. Çünki bununla öz işlərinə kölgə salırlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir: “Təəssüf …

Read More »

ANAMA: “Vətən müharibəsindən indiyədək 225 nəfər minaların qurbanı olub”

“2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib. O qeyd edib ki, mina hadisələri zamanı 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub. “Mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış …

Read More »

Beyləqanda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib, araşdırma aparılır

Beyləqan rayonunda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib. Boyukmillet.com xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-dən “Report”a bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın ələ keçirdiyi Ukrayna taxılını gəmi vasitəsilə daşıdığına dair iddialara cavab verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı britaniyalı həmkarı Lizz Trassla görüşdən sonra birgə brifinqdə danışıb. “Biz hər iddianı ciddiyə alırıq və ciddi şəkildə araşdırırıq. Nəticəni isə xüsusilə Ukrayna tərəfinə bildiririk. Əslində, bu prosesi izləmək asandır. 5-6 dollarlıq proqramla hansı gəminin …

Read More »

Ermənistan BSTDB-in Bakıda keçirilən toplantısında iştirak etmir

Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) 24-cü İllik Toplantısında Ermənistan tərəfi iştirak etmir. Boyukmillet.com  xəbər verir ki, Bankın 11 üzvündən biri – Ermənistan Bakıda keçirilən toplantıya qatılmayıb. Qeyd edək ki, iki gün davam edəcək və bu gündən başlayan İllik Toplantıda BSTDB-yə üzv dövlətlərin – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər. …

Read More »

Əli Əliyevin həbs cazası bir ilə qaldırılıb

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona …

Read More »

Sahil Babayev: “Azərbaycan-Rumıniya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir”

“Azərbaycanla Rumıniya arasında əlaqələr daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “İki ölkə arasında iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi, ötən il Azərbaycan və …

Read More »

Brüsseldə Aİ-nin sammiti başlayıb, Ukraynaya namizəd statusunun verilməsi müzakirə olunur

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) liderlərinin sammiti başlayıb. Boyukmillet.com-un xəbərinə görə, iclasda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunacaq. Ukrayna Prezidenti Volodimir Zelenski toplantıya videoformatda qatılacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, artıq Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüyünün vaxtı çatıb. O, Aİ liderlərini Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıb.

Read More »

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb 

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-dək təlimə çağırılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Təlimdə 1 500 hərbçi, 130-da çox nəqliyyat vasitəsi cəlb olunacaq. Bildirilib ki, təlim döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçiriləcək.

Read More »

Neftin qiyməti düşüb

Neftin qiyməti, təqribən, 2% düşüb. İnvestorlar resessiyanın baş verməsi ehtimalından narahatdırlar. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,92% ucuzlaşaraq 1 bareli 109,59 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 2,17% aşağı düşərək 1 bareli 103,89 ABŞ dolları təşkil edib. Mərkəzi bankların uçot dərəcələrini artırmasının dünya iqtisadiyyatında resessiyaya gətirib çıxaracağı və …

Read More »