23-24 iyun 2022-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın 11-ci plenar iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbir üzv parlamentlər, eləcə də Özbəkistan, Türkmənistan, Macarıstan parlamentlərinin sədrləri, beynəlxalq təşkilatların, türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirəcək. Plenar iclasda təşkilatın adının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi və daimi komissiyaların sənədlərinin, …
Read More »Terrorçu Öcalana verilən saxta pasportdan yunan jurnalistin adı çıxdı: Ersin Tatardan sərt reaksiya
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, PKK lideri Abdullah Öcalanın həbs edilməzdən əvvəl istifadə etdiyi pasportda adı olan Lazaras Mavrosun yunan Kiprinin keçirdiyi hərbi təlimlərdə iştirakına sərt reaksiya verib. Girnədə keçirilən andiçmə mərasimində çıxış edən prezident Ersin Tatar yunan Kiprinin sülh və qonşuluq münasibətlərindən danışsa da, orada Türkiyəyə qarşı çirkin və məkrli fəaliyyətlərin olduğunu qeyd edib. Prezident Tatar …
Read More »İlham Əliyev Azərbaycan və Özbəkistan üçün kənar təhdidlərə zamanında reaksiya verdi…
Emin Həsənli: “Əvvəl böyük güclər kənarda qalıb başqa ölkələri bir-biri ilə vuruşdururdusa, indi bu prosesə terror təşkilatları da qoşulur” Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib ki, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır: “Bu gün Şövkət Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib. …
Read More »Nazir: “İsrail-Azərbaycan dostluğu iki ölkə xalqlarının ortaq dəyərlərinə əsaslanır”
“Bu həftə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail rəsmiləri və Azərbaycandan köçmüş yəhudilərlə görüşüb”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Jewish Press” nəşrində dərc olunan məqalədə bildirilib. Qeyd olunub ki, F.Muradov İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı naziri Oded Forer, mənzil və tikinti üzrə nazir Elkin Zeev və Knessetin bir neçə tanınmış üzvü ilə görüşüb. …
Read More »Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iyunun 22-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola salıb.
Read More »Şavkat Mirziyoyev Prezident İlham Əliyevin şərəfinə qəbul təşkil edib
İyunun 22-də Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib. Boyukmillet.com xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub. Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Read More »Mehmet Ağar video müsahibəsində nələr dedi..
Jurnalist Eynulla Fətullayev oxucuların və izləyicilərinin xahişi ilə Türkiyənin keçmiş daxili işlər və ədliyyə naziri Mehmet Ağarla müsahibə hazırlayıb. Boyukmillet.com sözü gedən video müsahibəni təqdim edir:
Read More »Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol …
Read More »Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb
Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb. 1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir. Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA …
Read More »Azərbaycan Əfqanıstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterində qeyd olunub. “Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN bildirib. Xatırladaq ki, Əfqanıstanın Paktika əyalətində baş verən 6 bal gücündə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar