“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ildönümüdür. Boyukmillet.com xəbər verir ki, bu gün Bəyannamənin imzalanmasından bir il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycan …
Read More »BMT Baş Assambleyasının sədri Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb. Boyukmillet.com xəbər verir ki, Abdulla Şahid bu barədə tviter hesabında yazıb. “Olduqca məhsuldar səfərdən sonra Bakıdan ayrılırıq”, – A.Şahid qeyd edib. Baş Assambleyasının 76-cı sessiyasının sədri lütfkar dəvətə və səxavətli qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, eləcə də xarici işlər naziri Ceyhun Bayramova və XİN rəhbərinin müavini Elnur …
Read More »Prezidentin xüsusi nümayəndəsi: “15 iyun xalqımız üçün əsl dönüş tarixidir”
“15 iyun xalqımız üçün əsl dönüş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında müstəsna rol oynayan, öz doğma xalqı üçün əlindən gələni əsirgəməyən Ulu Öndər Heydər Əliyevdir. Milli Qurtuluş Günümüz mübarək!”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
Read More »Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib
Türkiyənin Bakıdakı səfirliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. “Report” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, – təbrikdə deyilir.
Read More »Türkiyə XİN başçısının müavini: “Şuşa Bəyannaməsinin ildönümündə Azərbaycandayıq”
“Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümündə gələcəyə doğru möhkəm addımlarla irəlilədiyimiz ümumi məqsədlərimizi və həmrəyliyimizi bölüşmək üçün Qarabağda, Can Azərbaycandayıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran tviter hesabında yazıb. Qeyd edək ki, bu gün “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ildönümüdür. Bəyannamə 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham …
Read More »Sahibə Qafarova: “Milli Qurtuluş Günü ilə Şuşa Bəyannaməsi arasında inkarolunmaz əlaqə var”
“Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi bu gün – 15 iyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz bir əlaqə vardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Milli Məclisin Sədri Sahibə Qafarovanın məqaləsində yer alıb. “1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv …
Read More »Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Bu gün – 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Boyukmillet.com xatırladır ki, düz 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü …
Read More »QHT sədrinin Facebook hesabı oğurlanıb
QHT.az saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri Cəsarət Hüseynzadənin şəxsi Facebook hesabı oğurlanıb. Cəsarət Hüseynzadə Modern.az-a bildirib ki, onun Facebook hesabına bağlı telefon nömrəsi əvvəlcə dəyişdirilib, daha sonda isə silinib. Eyni zamanda Facebook hesabı başqa bir e-mailə bağlanıb.Hazırda təşkilat sədri öz səhifəsinə daxil ola bilmir. O, qeyd edib ki, //www.facebook.com/jasarat77 səhifəsində paylaşımlara görə məsuliyyət daşımır.
Read More »Meksikanın tanınmış qəzetində Azərbaycanın müstəqillik tarixindən bəhs edilib
Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Uno mas Uno” qəzetində Azərbaycanın müstəqillik tarixi və respublikamızla Meksika arasındakı münasibətlərdən bəhs edilib. Boyukmillet.com xəbər verir ki, tanınmış meksikalı jurnalist Federiko Lamontun müəllifi olduğu məqalədə Mexiko şəhərində keçirilmiş, Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyinə həsr olunmuş təntənəli tədbir geniş işıqlandırılıb. Məqalədə, …
Read More »Gürcüstan Prezidenti hökuməti fəaliyyətsizlikdə ittiham edib
“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb: “Qətnamə ehtimal ki, yalnız qıcıq ifadəsidir və buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar