“Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib. “Noyabr ayında növbədənkənar seçki olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünü ora hazırlayın”, – Ərdoğan bildirib. Xatırladaq ki, iyunun 4-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının …
Read More »Şəhid ailələri ilə görüşdən VİDEOREPORTAJ
İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədovanın təşəbbüsü ilə şəhid ailələri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhid general Polad Həşimovun anası və şəhid palkovnik İlqar Mirzəyevin anası ilə görüş keçirilib. Görüşdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi, ictimaiyyət nümayəndələri və müəllimələr iştirak edib. Görüşdən olan reportajı sizlərə təqdim edirik: Ayna Fərhad
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
Türkiyədə 25 mərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, hadisə Diyarbəkir əyalətində qeydə alınıb. Yenişehir rayonunda çoxmərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, yanğınsöndürənlər xilasedicilər və polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb. Xəsarət alan daha 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. …
Read More »İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlər bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək
Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının dövlət bayramı – Rusiya Günü münasibətilə bu ölkənin Prezidenti Vladimir Putinə ünvanlandığı təbrik məktubunda yer alıb. …
Read More »DSX-nin Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib
İyunun 11-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılıb. Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə …
Read More »Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putini təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: Hörmətli Vladimir Vladimiroviç. Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə …
Read More »İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb
İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında həlak olan Türkiyə əsgərlərinin sayı artıb. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib. Qeyd edək …
Read More »Azərbaycan Qran-prisinin kuboku Şuşaya həsr olunub
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub. Boyukmillet.com-un məlumatına görə, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovusması və “Şuşa ili” ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və …
Read More »Bu gün Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək. Boyukmillet.com-un məlumatına görə, yarışın sonuncu günündə ilk olaraq “Formula 2” pilotları mübarizə aparacaq. Ardınca isə əsas mərhələ start götürəcək. Saat 14:44-də açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da “Formula 1″də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək. Azərbaycan Qran-prisi 12 iyun “Formula 2” 11:05 – 12:10. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar