Cümə , 10 Aprel 2026

autor

Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb

Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib. Belə ki, Şura ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə qərar verib. Qərara əsasən, aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılıb: …

Read More »

Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək

Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, filmin təqdimat mərasimi iyunun 14-də Nizami Kino Mərkəzində baş tutacaq: “Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, “Səlnamə” studiyası və Kinematoqrafçılar İttifaqıdır”.

Read More »

Ziyafət Əsgərov İran parlamentinin üzvləri ilə görüşüb

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşüb. Nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bu gün İranda qatar qəzasında həlak olanlara görə iranlı qonaqlara başsağlığı verib, ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Ziyafət Əsgərov Azərbaycan və İran arasında mehriban qonşuluq və yaxın əməkdaşlıq …

Read More »

Komitə: “Ölkəmizdəki milli birliyi pozmaq xülyası ilə yaşayan qruplar və havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər”

“Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm …

Read More »

Baş prokuror Masallıda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Kamran Əliyev iyunun 17-i saat 10:00-da Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək. Boyukmillet.com xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən baş tutacaq: “Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili …

Read More »

Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişi imzalanacaq

Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində hazırda iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu  Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib. Onun sözlərinə görə, saziş imzalandıqdan sonra bir sıra Pakistan məhsullarının Azərbaycan bazarına daxil olması asanlaşdırılacaq: “Yəni, saziş imkan verəcək ki, bir sıra Pakistan məhsulları Azərbaycan bazarına aşağı gömrük tarifləri ilə daxil olsun. …

Read More »

Vüqar Oruc: Bütün hallarda indi fərdi yaşayış evləri və bağ evləri diqqət mərkəzindədir

Hazırda mənzil  qiymətlərində müəyyən sabitləşmə meydan gəlib. Boyukmillet.com xəbər verir ki, bunu “Fins.az” a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri,  “VECON CONSULTING” qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc deyib.  Onun sözlərinə görə qiymətlərdə müşahidə edilən bu stabilləşmə yay aylarında insanların mənzillərə deyil,  daha çox fərdi yaşayış evlərinə xüsusən də bağ evlərinə müraciət etməsi ilə bağlıdır.  Vüqar Oruc mənzil bazarında qiymətlərin stabilləşməsinin  digər …

Read More »

Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayır

I, II, III və IV ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayır. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildiirlib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər. II və III ixtisas qrupu üzrə …

Read More »

Azərbaycanda külli miqdarda bakteriya aşkarlanan çimərliklər açıqlanıb – SİYAHI

Vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər. Boyukmillet.comxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, nəticələrə əsasən, Sahil, Şıx, Hövsan və Türkan çimərliyində çimmək məqsədə uyğun sayılmır: “Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək”.

Read More »

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni spiker təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb. Əmra əsasən, BACM-nin hakimi Telman Hüseynov spiker təyin olunub. Məlumatı Məhkəmə-Hüquq Şürası “Report”a təsdiqləyib. Qeyd edək ki, daha əvvəl bu vəzfədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib. Xatırladaq …

Read More »