Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 100 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunub və onlara dəstək yönümlü 175 min xidmət göstərilib. Ötən dövr ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, …
Read More »Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, tədbirdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq, SOCAR-ın Rumıniyada fəaliyyəti vurğulanıb, Rumıniya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub. Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Read More »Tbilisidə “Şuşa ili”nə həsr olunan növbəti konsert keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə “Şuşa ili” çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Boyukmillet.com xəbər verir ki, “Xarıbülbül” adlı konsert Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında keçirilib. Musiqili tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutub. Tamaşaçılar qarşısında IV “Muğam” televiziya müsabiqəsinin qalibi Zümrüd Məmmədova Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Süleyman …
Read More »Meri Saymon: “Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur”
Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə bütün kanadalılar adından Sizi və Azərbaycan xalqını təbrik edirəm. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün yaxınlaşdığı bir vaxtda Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur. Xalqlarımızın möhkəm əlaqələrinə və fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan tərəfdaşlığımız qadınların …
Read More »Mövlud Çavuşoğlu: “Finlandiya və İsveç narahatlığımızı başa düşməlidir”
“Biz NATO-nun genişlənməsini dəstəkləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri mövlud Çavuşoğlu deyib. “Amma bizə hücum edən terroçunu dəstəkləyəndən müttəfiq olarmı?! Onlar da bizim narahatlığımızı başa düşməli və bu istiqamətdə addım atmalıdırlar. Finlandiya və İsveç narahatlıqlarımızın aradan qalxması üçün müsbət addımlar atmalıdırlar”, – o söyləyib.
Read More »Sabah Moskvada Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək
İyunun 3-də Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən “news.am”a bildirilib. Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrup sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.
Read More »Azərbaycanda gündəlik xam neft hasilatı 706 min barrelə çatdırılacaq
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib. İyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barrel artırılaraq 706 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barrel həcmində olması nəzərdə …
Read More »Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsin barəsində irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. R.Cəbrayılov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb, cinayət işinə bəraətverici əsaslar olmadan …
Read More »İB sədri: “Ölkənin qanunları hər bir vətəndaş üçün qanundur”
“Zəfər savaşının iştirakçıları bizim fəxrimizdir və biz millət olaraq nəhayət ki, başı dik gəzirik, şəhidlərin qanı yerdə qalmadı. Ancaq ölkənin qanunları hər bir vətəndaş üçün qanundur. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının daxilində baş verən xoşagəlməz halların səbəbi qazilərimizə narazılıqları ilə bağlı düzgün izahın verilməməsi səbəbindəndir”. Bu fikirləri “Report”a açıqlamasında “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai …
Read More »Bakıda Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin görüşü olub
İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova “İNCSOS-Qarabağ” VII Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. S.Qafarova bildirib ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar