Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub. Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Read More »İlham Əliyev Ermənistanla danışıqlar üçün BÖYÜK KOMİSSİYA YARATDI – SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılır: Komissiyanın sədri Şahin Mustafayev – Baş nazirin müavini Komissiyanın üzvləri Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini Xarici işlər nazirinin müavini Daxili işlər …
Read More »Azərbaycan-Qazaxıstan münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, səfirlər və diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər. Tədbiri açıq elan edən Fərid Şəfiyev Azərbaycan və Qazaxıstan arasında …
Read More »Azərbaycan və Özbəkistan arasında birbaşa aviareyslərin sayı artırıla bilər
Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistanın Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında bu gün keçirilmiş görüşdə müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, görüş Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü çərçivəsində baş tutub. F.Nağıyev Ə.Abduxakimova …
Read More »Sahibə Qafarova Estoniya parlamentinin spikeri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riigikoq) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin sədri Estoniya parlamentinin spikerini və nümayəndə heyətini salamlayaraq, onların ölkəmizə səfərlərindən məmnun olduğunu bildirib. Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri …
Read More »Milli Məclisin komitəsinin iclası keçirilib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Təqdim olunan qanun layihəsi barədə danışan komitə sədri qeyd edib ki, qanunun preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif …
Read More »Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıiyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Bakı–Şuşa–Bakı istiqamətində avtobus reyslərinin sayını artırır. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Şuşaya reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Şuşaya həftədə …
Read More »XİN başçısının müavini Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrləri ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən məluamta görə, görüşdə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr …
Read More »Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Bakının ən hündür …
Read More »Almaniyada meymunçiçəyinə 4 yoluxma qeydə alınıb
Almaniya Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə nazirliyin nümayəndəsi bildirib. “İndiyə qədər Almaniyada dörd təsdiqlənmiş yoluxma halı var. Xəstələrin təmaslarını və xəstəliyin potensial yayılma yollarını nəzərə alaraq yeni yoluxma hallarının olacağını proqnozlaşdırmaq mümkündür. Pasiyentlərin əksəriyyəti xəstəliyi asan keçirir. Mövcud məlumatlara görə, xəstəliyin ötürülməsi yalnız yaxın təmas …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar