İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Azərbaycan Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri …
Read More »YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir
İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain təxribat cəhdidir, regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir. Boyukmillet.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası məlumat yayıb. Qeyd edilib ki, martın 5-də İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi …
Read More »İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, daha 1 ədəd dron isə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Nəticədə iki nəfər mülki şəxs xəsarət alıb.
Read More »İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək
İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək. “Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, …
Read More »İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib
İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmətlə yanaşır. Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri …
Read More »Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Rusiya gübrəsi ilk dəfə olaraq Azərbaycandan tranzitlə Ermənistana …
Read More »ABŞ Senatı İrana qarşı hərbi güc tətbiqini qadağan edən qətnaməni rədd edib
ABŞ Senatı administrasiyanın qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnaməni rədd edib. Boyukmillet.com xəbər verir ki, prosedur səsverməsi zamanı 47 senator sənədi dəstəkləyib, 52 senator isə əleyhinə səs verib. Respublikaçılar Partiyasının nümayəndələrinin nəzarətində olan Konqresin yuxarı palatasında təsdiqlənməsi üçün sənəd prosedur və yekun səsvermə zamanı qanunvericilərin sadə səs çoxluğu ilə dəstəklənməlidir. Hazırkı …
Read More »NATO İranın Türkiyəni hədəf almasını qınayıb
NATO İranın Türkiyəni hədəf almasını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Hadisəni şərh edən NATO sözcüsü bildirib ki, müdafiə mövqeləri hava və raketdən müdafiə də daxil olmaqla bütün sahələrdə güclü olaraq qalır: “İranın bölgə üzrə ayrı-seçkilik etmədən davam etdirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında qətiyyətlə dayanır”. Qeyd edək ki, İrandan atılaraq …
Read More »Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır
Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Report”un Gürcüstan bürosunun məlumatına görə, plenar iclasda səsvermə nəticəsində qanun layihəsini 78 deputat dəstəkləyib, 9 deputat isə əleyhinə səs verib. Qəbul edilən dəyişikliklərə əsasən, qanunda göstərilən subyekt tərəfindən nağd və ya natura şəklində ayrılan vəsaitlər qrant hesab olunacaq və bu vəsaitlər Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya ictimai rəyə təsir …
Read More »Fidan Türkiyə səmasında zərərsizləşdirilən raketlə bağlı İrana rəsmi Ankaranın reaksiyasını çatdırıb
Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını qarşı tərəfə çatdırıb. Bölgədəki gərginliyə diqqət çəkən Türkiyə XİN başçısı münaqişələrin yayılmasına səbəb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar