Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1 632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Almaniyada tornado nəticəsində 40 nəfər xəsarət alıb
Almaniyanın qərbində tornado nəticəsində 40 sakin xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, Şimali Reyn-Vestfaliya federal əyalətində bir neçə tornado müşahidə olunub. Axşam saatlarında Lipstadt şəhərində tornadonu müşayiət edən leysan yağışlar və ildırım dəmiryolu və avtobus nəqliyyatının işini pozub. Təbii fəlakət zonasında xilasetmə işləri davam etdirilir.
Read More »MDB Hökumət Başçıları Şurasının növbəti iclası noyabrda keçiriləcək
MDB Hökumət Başçıları Şurasının növbəti iclası noyabrda Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasının noyabr ayında Nur-Sultan şəhərində keçirilməsi qərara alınıb”, – videokonfrans rejimində keçirilən iclasında yekunlarına dair məlumatda deyilir.
Read More »Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yükdaşımalarla bağlı danışıqlar aparılıb
Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yüklərin koordinasiyalı şəkildə və fasiləsiz daşınması ilə bağlı danışıqlar aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib. Qeyd olunub ki, danışıqlar Gürcüstanın koordinasiyası ilə baş tutub. Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında aparılmış müzakirə zamanı Gürcüstan tərəfindən yükdaşımalarında gecikmələrin olmadığı bildirilib. Bu istiqamətdə bəzi çatışmazlıqların qarşı tərəfdə …
Read More »ABŞ Prezidenti: “Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik”
“ABŞ Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir”. Boyukmillet.com xəbər verir ki, bu, ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda vurğulanıb. “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. …
Read More »Cozef Bayden İlham Əliyevi təbrik edib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm. Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və …
Read More »Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir
Tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları “Şuşa İli” ilə bağlı təşkil olunmuş …
Read More »QHT Agentliyi Qubada Respublika Zona Konfransı keçirib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, mayın 20-də Qubada təşkil olunan ilk konfrans Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edib.Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət …
Read More »Sahibə Qafarova Türkiyə Hesablama Məhkəməsinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener ilə görüşüb. Boyukmillet.comxəbər verir ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu söyləyib. Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində arternativi yoxdur. Münasibətlərimiz “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edir. Sevindirici …
Read More »Azərbaycan Ordusunun silah və texnikası yay mövsümündə istismar rejiminə keçirilir
Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar