Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu iddia edib, hətta müsahibələrində və çıxışlarında bildirir ki, 90-cı illərdə hər kəs Heydər Əliyevə salam verməyə qorxanda, o, daim ümumilli liderin yanında olub. Əslində onun karyerası da “minnətə bənzəyən” bu iddialarının üzərində qurulub və həmişə qapıların üzünə açılması üçün ulu öndərin adından sui-istifadə edib. Palaz-palaz …
Read More »Nəriman Abbasovun qələbəsinə 1 milyon rubl qoyulub
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun “AMC Fight Nights”da rusiyalı Marif Pirayevə qarşı döyüşündən öncə keçirilmiş mətbuat konfransında maraqlı hadisə baş verib. Boyukmillet.com-un məlumatına görə, tədbirin gedişində Emil və Alfredo adlı şəxslər idmançıların görüşünə 1 milyon rus rublu məbləğində mərc ediblər. Emil Abbasovun, Alfredo isə Pirayevin qələbəsinə pul qoyub. Qeyd edək ki, döyüş iyunun 10-da Rusiyada təşkil olunacaq.
Read More »Ceyhun Bayramov ISESCO-nun Baş direktoru ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. XİN-dən verilən məlumata görə, C.Bayramov Azərbaycanla ISESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Baş direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə istinad edən nazir ISESCO-nun ölkəmizin azad edilmiş ərazilərinə səfər edən ilk beynəlxalq təşkilatlar …
Read More »İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama
Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də əriməyib. Bunlar …
Read More »Kamran Əliyev: “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq”
“Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. …
Read More »Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Litva Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında …
Read More »Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib
Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda çıxış ediblər. Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.
Read More »İƏT çərçivəsində qarşılıqlı əməkdaşlıq daha da güclənəcək
“Parlament diplomatiyası Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında önəmli rol oynayır. Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin genişlənməsi bu reallığı təsdiqləyir. Təsadüfi deyil ki, Milli Məclis indiyə qədər bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi də ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi fəal siyasətin göstəricisidir”. Bu fikirləri Modern.az-a Milli …
Read More »Azərbaycan Prezidenti: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik”
“Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib. …
Read More »Litva Prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verilib
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausedienenin şərəfinə rəsmi ziyafət verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar